Ana Sayfa > Sosial / Manşet > İcra başçısı sahibkarlara divan tutur - Hacıqabulda
İcra başçısı sahibkarlara divan tutur - Hacıqabulda8-12-2015, 09:38. Yazar: admin |
Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov sahibkarlara qənim kəsilib. “Gündəm-xəbər”ə daxil olan məlumata görə, 2015-ci ilin sonlarına doğru getdikcə rayon sahibkarlarına qarşı aparılan təzyiq də sərtləşdirilir. Əhməd Muxtarovun fəaliyyəti bununla bitmir. Rayonda işsizlik səviyyəsinin yüksək olması, abadlıq-quruculuq işlərinin yarıtmaz şəkildə həyata keçirilməsi, ayrılan büdcə pullarının mənimsənilməsinə dair şübhələrin yayğın olması – bütün bunlar müasir Hacıqabulu səciyyələndirən əsas kriteriyalara çevrilib. İcra başçısı rayon yollarının təmirini özünə yaxın bir şirkətə verərək dövlətdən ayrılan yüzminlərlə manat vəsaiti mənimsəyi də yaddan çıxarmır. Naməlum yollarla tenderin qalibi olan “Muğan-1” firması çəkdiyi yollarda ciddi şəkildə yeyintiyə yol verib. İddialara görə adı çəkilən firma kənd yollarının tikintisi üçün hazırlanan lahiyəyə sadəcə kağız üzərində əməl edərək ayrılan vəsaitin təxminən yarısını mənimsəyib. Yəni asfaltın qalınlığı layihədə 10 sm göstərilsə də, Əhməd Muxtarovun firması bu qalınlığı 4-5 sm-ə qədər ixtisar edib. Əhməd Muxtarov kənd yollarından başqa Hacıqabul şəhərinin təmiri abadlaşdırılmasını isə “İnşaatçı-S” MMC yə həvalə edib. Adı çəkilən şirkətə abadlıq işləri üçün iki dəfə üst-üstə 2,3 milyon manat vəsait ayrılıb. Məlumatlı şəxs “İnşaatçı-S” şirkətinin gördüyü işlər müqabilində Əhməd Muxatarova ayrılan vəsaitin 15 faizinin verildiyini bildirir. Əhməd Muxtarovun tikinti yol təmiri maxinasiyalarından başqa həm də rayonun bir çox münbit ərazisində heyvandarlıq təsərrüfatları və əkinçilik sahələri yaratdığı da bildirilir. Rayonun Padar-Muğan-Qarasu ərazisində 5 min hektara yaxın yararlı dövlət torpaqları məhz başçının və ona yaxın şəxslərin nəzarətində olduğu, onlar tərəfindən istifadə olunduğu bildirilir. Mənbə onu bildirir ki, son illər rayon mərkəzində və Hacıqabul-Horadiz yolunun üstündə çoxlu sayda ticarət, istirahət obyektləri tikilərək istifadəyə verilib. İcra başçısı həmin obyektlərin tikilməsi üçün verilən icazə sənədlərinə görə sahibkarlardan xeyli miqdarda rüşvət aldığı iddia olunur. Əhməd Muxtarov hər ay rayon Təhsil şöbəsi, Səhiyyə idarəsi, Mədəniyyət və Turizm şöbəsi, Suvarma Sistemləri İdarəsi, Pirsaat Qış Otlaqlarının Su Təchizatı Sistemləri İdarəsi, Kür Su Kəmərləri İdarəsi, Rayon Telefon Qovşaq idarəsi, 2 saylı Yol Yaşıllaşdırma MMC və digər təşkilat rəhbərlərindən hesab alır. Belə ki, icra başçısı hər bir büdcə idarəsindən ən azı 2 min manat hesab yığır. Daxil olan məlumatda iddia olunur ki, Əhməd Muxtarovun idarə müdirlərindən haqqını köməkçisi toplayır. Hacıqabullu sahibkarlar bildirib ki, Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarovun qanunsuz tələblərindən cana doyublar. İcra başçısı rayonun bütün gəlirli sahələrinə tam nəzarət edir. Rayon miqyaslı hansısa işin görülməsi üçün həyata keçirilən tenderlər isə oyundan başqa heç nə deyil. Müvafiq dövlət orqanlarınmdan da xahiş edirik ki, rayona gəlib son illər ərzində görülən bütün işlərlə maraqlansınlar. O zaman bir çox əlavə maxinasiyaların da ortaya çıxacağından əminik. Məsələn, icra başçısı Əhməd Muxtarov rayon yollarının təmirini özünə yaxın bir şirkətə həvalə edib ki, nəticədə dövlətdən ayrılan yüzminlərlə manat vəsait mənimsənilib. İcra başçısının köməkliyi ilə tenderi udan “Muğan-1” MMC çəkdiyi yollarda ciddi şəkildə yeyintiyə yol verib. Təsəvvür edin ki, asfaltın qalınlığı layihədə 10 sm göstərilsə də, Əhməd Muxtarovun nəzarətiondəki firma bu qalınlığı 4-5 sm-ə qədər ixtisar edib. Bu da yeni cəkilən yolun davamlılığını yariya qədər azaldır. Artıq yollar bərbad vəziyyətə düşüb. Daha sonra iddia edilir ki, Əhməd Muxtarov kənd yollarından başqa Hacıqabul şəhərinin abadlaşdırılmasını “İnşaatçı-S” MMC-yə həvalə edib. Adı çəkilən şirkətə abadlıq işləri üçün iki dəfə üst-üstə 2,3 milyon manat vəsait ayrılıb. Amma müraciətdə “İnşaatçı-S” şirkətinin gördüyü işlər müqabilində ayrılan vəsaitin 15 faizinin icra başçısına verildiyini bildirir. Məlumata görə, kənd yolları həm də ensiz çəkilib. Hər tərəfdən 15 sm qısaldırılıb ki, bu da 100 min manatlarla pulun mənimsənilməsi və qəza hallarının artmasına səbəb olur. Əhməd Muxtarovun pul yığmaq üçün həyata keçirdiyi əməliyyatlardan biri xüsusilə narazılıq yaradıb. Belə ki, icra başçısının prezidentin portretlərini idarə və müəssisələrə, məktəblərə sataraq küllü miqdarda vəsait qazanmaq sevdası rayonda heç də xoş qarşılanmayıbmış. Əhməd Muxtarovun bir müddət öncə rayona gətizdirdiyi portretlərin hər biri isə məktəblərə 35 manata satılıb. İdarə və müəssisələrdən isə hər portretə görə 50 manat yığıldığı iddia edilir. Bildirilir ki, icra başçısı Əhməd Muxtarov rayonda dözülməz atmosfer yaradıb: “Hacıqabul rayonunda həyat şərtləri çox ağırdır. Onsuz da maddi sıxıntılar içərisində olan Hacıqabulda bütün gəlirli sahələrin icra başçısına yaxın şəxslər tərəfindən nəzarətə götürülməsi isə vəziyyəti bir qədər də dramatikləşdirir. Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov əslən rəhbərlik etdiyi rayondan deyil. Əhməd Kərəm oğlu Muxtarov 5 fevral 1951-ci ildə Yevlax rayonunun Malbinəsi kəndində anadan olub. 1972-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunu, 1983-cü ildə Bakı Ali Partiya məktəbini bitirən Ə. Muxtarov əmək fəaliyyətinə 1968-də Yevlax Neftbazasında operator vəzifəsilə başlayıb. Daha sonra isə Yevlax şəhər İctimai iaşə idarəsində mühasib işləyib. 1974-80-ci illərdə Yevlax şəhər komsomol komitəsində komsomol təşkilatları şöbəsinin müdiri, 1980-81-ci illərdə Yevlax rayon Xaldan mal-qara kökəltmə sovxozunda partkom, 1983-91-ci illərdə isə Yevlax rayon XDS İcraiyyə Komitəsinin sədr müavini olub. Geri dön |