Ana Sayfa > Siyasət / Manşet > “Rabitə mafiozu işi”ndə Hacıbala Abutalıbovla bağlı ilginc iddia

“Rabitə mafiozu işi”ndə Hacıbala Abutalıbovla bağlı ilginc iddia


16-11-2015, 14:39. Yazar: admin
“Rabitə mafiozu işi”ndə Hacıbala Abutalıbovla bağlı ilginc iddia
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin(RYTN) aparat rəhbəri, “MTN işi” ilə bağlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmiş Vidadi Zeynalovun korrupsiya əməlləri barədə ilginc məlumatlar yayılıb. RYTN-dəki məlumatlı mənbənin verdiyi bilgilərə görə, adıçəkilən qurum faktiki olaraq V.Zeynalov tərəfindən idarə olunub və nazir Əli Abbasov da xüsusi əhəmiyyətli məsələlərdə onun razılığı olmadan heç bir addım atmırmış.Yeri gəlmişkən, qeyd edək ki, Vidadi Zeynalov məhz Əli Abbasov tərəfindən naziriliyə gətirilib. Bundan əvvəl isə, o, İqtisad Universitetində prorektor vəzifəsində çalışıb.

Criminal.az xəbər verir ki, azerfax-ın məlumatına görə, tarixçə belədir: V.Zeynalov 1995-1999-cu illər ərzində Bakı şəhər Maliyyə İdarəsinin rəsi vəzifəsində çalışıb. Lakin işdə yol verdiyi ciddi nöqsanlara görə Maliyyə Nazirliyinin Kollegiyasnın qərarı ilə işdən qovulub. Bir müddət sonra isə V.Zeynalov gözlənilmədən Azərbaycan Dövlət İqtisad Universitetində prorektor vəzifəsinə təyin olunub. O zaman Universitetə Əli Abbasov rəhbərlik edib və o, nazir postuna təyin olunandan sonra V.Zeynalovu nazirlikdə yüksək vəzifəyə təyin edib.

Məlumatlı mənbənin sözlərinə görə, V.Zeynalov nazirlikdə fəaliyyət göstərdiyi müddətdə əməlli-başlı oliqarxa çevrilib və çox qısa zamanda özünün varidatını milyardlarla ölçüləcək səviyyəyə çatdırıb: “Əgər Vidadiyə məxsus obyektlər, müxtəlif məqsədlər üçün istifadə olunan tikililər və onun dövlət əmlakı ilə şəxsi mülkiyyəti kimi davranması nəticəsində qurduğu nəhəng biznes şəbəkəsilə bağlı araşdırmalar aparılarsa, o zaman rabitəçi-oliqarxın milyardlıq səltənət sahibi olduğu üzə çıxar. Nazirlikdə çoxları bilir ki, Vidadi Zeynalov hansı imkanlara malik olub. Şübhə etmirik ki, istintaq qeyri-qanuni yollarla əldə olunmuş varidatı üzə çıxara biləcək. Təsəvvür edin ki, Vidadi Zeynalov işə gələndə mühafizə xidməti əvvəlcədən yolları bağlayırdı. Onu elə qarşılayırdılar ki, heç nazirə belə diqqət göstərilmirdi”.

Mənbə V.Zeynalovun nazirlikdəki adamlarından və yalnız onun tapşırıqlarını yerinə yetirən komandadan da danışıb: “Nazirlikdə Vidadi Zeynalovun adamları çoxdur. Onlar yalnız Vidadinin göstərişlərini yerinə yetiriblər. Nazir onlar üçün həmişə ikinci dərəcəli şəxs hesab olunub. Onlar hazırda da nazirlikdədirlər və ümid edirik ki, hüquq-mühafizə orqanları Zeynalovun buradakı adamlarını müəyyənləşdirməkdə çətinlik çəkməyəcək və onların da fəaliyyəti araşdırılacaq”. Məlumatın diqqətçəkən məqamlarından biri də, V.Zeynalovun Rabitə və Yüksək Texnologiyalar Nzirliyində oturub, Bakı şəhərinin mənzil kommunal təsərrüfat sisteminə də nəzarət etməsilə bağlıdır. Mənbə iddia edir ki, bu sahə 90-cı illərin ortalarından bu vaxtə qədər V.Zeynalovun təsir dairəsindədir və bu sahəyə ayrılan büdcə vəsaitlərinin xərclənməsinə qeyri-rəsmi olaraq məhz o nəzarət edib: “Sual oluna bilər ki, bunu necə edib? Çox sadə bir yolla. Vidadi Bakı şəhər Maliyyə İdarəsinin rəisi işləyərkən Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsində öz yaxın qohumu Rəfail Mehralıyevi təyin etdirib. Məhz qohumunun bilavasitə iştirakı ilə Bakının mənzil kommunal təsərrüfat sahəsi birbaşa Vidadinin müəyyən etdiyi qaydalara uyğunlaşdırılıb. Onun Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə işdən qovulmasının əsas səbələrindən biri də elə Bakı şəhəri mənzil kommunal təsərrüfatı sahəsinə ayrılan büdcə vəsaitlərinin istifadə olunmasında yol verilən ciddi pozuntular olub.

Lakin Əli Abbasov Vidadinini nazirliyə gətirəndən sonra o, öz qohumu Rəfail Mehralıyevi Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə (İdarə sonradan Departamentə çevrilib – Red) rəis təyin etdirir. Həmin vaxt Əli Abbasov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla quda idi. Sonradan Əli Abbasovun qızı Ülkər Abbasova merin oğlu İsrafil Abutalıbovdan boşanaraq bu qohumluğa son qoydu”.

Mənbə iddia edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev əsasən V.Zeynalovun göstərişlərini yerinə yetirib və işini yalnız onun məsləhətləri əsasında qurub: “Mənzil Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyət dairəsi kifayət qədər genişdir. Bura yol çəkilişi, məktəb və uşaq baxçaları, eləcə də digər sosial obyektlərin tikintisi və təmiri daxildir. Ümumiyyətlə, mənzil kommunal təsərrüfatı sahəsinə büdcədən kifayət qədər böyük həcmdə vəsait ayrılır və Vidadi Zeynalov da Rabitə Nazirliyində otura-otura MKT-na ayrılan pulların idarə olunmasında bilbaşa iştirak edib. Odur ki, hüquq-mühafizə orqanlarının Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafail Mehralıyevin də fəaliyyətini araşdırmasına ciddi zərurət var”.

Mənbə sonda onu da bildirib ki, V.Zeynalovun fəaliyyəti araşdırılarkən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt şöbələri diqqətdən kənarda qalmamalıdır. “Belə şübhələr də var ki, poçt şöbələrindən bir neçəsinin binası özəlləşdirilərək sonradan dövlətə icarəyə verilib” – deyə, mənbə bildirib.

Geri dön