Ana Sayfa > Siyasət / Manşet > Kərəm Həsənov-Eldar Mahmudov ikiliyi “ümumi katyol”a necə “atıb”? – FOTOLAR

Kərəm Həsənov-Eldar Mahmudov ikiliyi “ümumi katyol”a necə “atıb”? – FOTOLAR


10-11-2015, 10:07. Yazar: admin
Kərəm Həsənov-Eldar Mahmudov ikiliyi “ümumi katyol”a necə “atıb”? – FOTOLAR
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova məxsus “Alians” şirkəti və bu şirkətin sabiq MTN rəhbəri Elar Mahmudovla birlikdə həyata keçirdii layihələrdən bəhs etmişdik. Vurğulamışdıq ki, “Eldar Mahmudov erası” başa çatandan dərhal sonra sabiq nazirlə hər hansı yaxınlığa, iş ortaqlığına malik olmadığını iddia edən K.Həsənovun bu iddiaları tamamilə həqiqətdən uzaqdır və onun yalanlarının ən böyük ifşası “Alians” şirkətinin həyata keçirdiyi projelərdir.
Bu günlərdə K.Həsənov və E.Mahmudovun birgə təşəbbüsü ilə “Alians” şirkəti tərəfindən reallaşdırılan layihələrlə bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbə, keçmiş nazir və hazırkı komitə sədrinə məxsus yaşayış binaları ilə bağlı maraqlı faktlar ortaya qoyub: “Alians” şirkəti tərəfindən reallaşan və K.Həsənovla E.Mahmudovun iş birliyi nəticəsində ortaya çıxan əsas layihələrdən biri Xətai metrosunun yaxınlığından yerləşən göydələn, digəri isə Nəqliyyat Nazirliyinin arxasında çoxmərtəbəli binadır. Bu binaların hər ikisi K.Həsənovla Emahmudovun “alın təri” hesabına başa gəlib. Lakin sabiq nazirlə hazırkı komitə sədrinə məxsus daha bir mühüm layihə var ki, bu layihə, daha doğrusu onun kimə məxsus olması “yuxarılardan” gizlədilib. Ali siyasi hakimiyyətdən ustalıqla gizlədilən bu layihə isə “Alians”ın Bakının Xətai rayonunda, “Naxçıvanski” adlı liseyin yanında inşa etdiyi 10-12 bloklu nəhəng kompleksdir”.
Mənbənin sözlərinə görə, Xətai rayonundakı böyük kompleksin kimə məxsusluğu və “yuxarıların” bu məsələdə aldadıldığı Prezident Administrasiyasının təmsilçilərindən Əli Əsədova məlum olsa da, o, bu məsələ ilə bağlı susmağı danışmaqdan daha faydalı hesab edib: “Xətai rayonundakı bina ilə bağlı həqiqətələr, “yuxarılar”ın bu məsələdə aldadıldığı Əli Əsədova məlum olsa da, o, bu barədə əlaqədar şəxslərə bir kəlmə də olsun məlumat verməyib. Ə.Əsədovun bu məsələdəki susqunluğuna səbəb isə onun sadəcə K.Həsənov və E.Mahmudov komandasının aparıcı üzvlərindən biri olması deyil, həm də “katyola atılan” bu kompleksdən konkret paya sahib olmasıdır. Başqa sözlə desək, Ə.Əsədov bu məsələdə şəxsi mənafeyin qeydinə qalmağı “yuxarıya” sədaqətli olmaqdan daha məqsədəuyğun hesab edib”.
Mənbə K.Həsənov-E.Mahmudov ikiliyinə məxsus bir çox tikililər kimi Xətai rayonundakı kompleksin inşasında da eyni simaların yer aldığını bildirib: “K.Həsənov və E.Mahmudovun tikinti biznesi haqqında az-çox məlumatlı olan hər kəs yaxşı bilir ki, bu tikintilərin inşasında diqqət çəkən iki əsas fiqur mövcuddur. Bunlardan biri K.Həsənovun Füzuli ləqəbi ilə tanınan Seyran adlı əmisi oğlu, digəri isə E.Mahmudovun tikinti sektoruna rəhbərlik edən Azər adlı şəxsdir. Komitə sədri və keçmiş nazirə məxsus bütün tikinti meydanlarında bu iki şəxsi görmək, onların ortaq çalışmasına şahidlik etmək mümkündür. “Alians”ın Xətai rayonunda inşa etdiyi çoxmərtəbəli, çoxbloklu kompleksin tikintisində də məhz bu iki isim yer alıb ki, bunun özü də sözügedən kompleksin ənənəvi şəriklərin növbəti layihəsi olduğunu təsdiqləyir.
Şübhə yoxdur ki, “MTN işi”ni araşdıran istintaq qrupu bu məsələni araşdıracağı təqdirdə “yuxarılardan” gizlədilən daha bir çox obyekin izi aşkarlanacaq, şəriklərin bu günə kimi bəlli olmayan daha bir çox əməlləri üzə çıxacaqdır”.
P.S.Yaxın günlərdə mövzu ilə bağlı daha bir çox həqiqətləri oxucuların diqqətinə çatdıracayıq.

Kərəm Həsənov-Eldar Mahmudov ikiliyi “ümumi katyol”a necə “atıb”? – FOTOLAR
Kərəm Həsənov-Eldar Mahmudov ikiliyi “ümumi katyol”a necə “atıb”? – FOTOLAR
Kərəm Həsənov-Eldar Mahmudov ikiliyi “ümumi katyol”a necə “atıb”? – FOTOLAR

Geri dön