Ana Sayfa > Siyasət > Putin danışıqlara “boz kardinalı” göndərir

Putin danışıqlara “boz kardinalı” göndərir


10-02-2015, 13:56. Yazar: admin
Putin danışıqlara “boz kardinalı” göndərir
Minskdə üçtərəfli əlaqə qrupunun görüşündə Rusiyanı Prezident Vladimir Putinin köməkçisi Vladislav Surkov təmsil edə bilər.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Minskdəki səfiri Aleksandr Surikov jurnalistlərə açıqlamasında deyib.

“Belə bir məlumat var. Məncə görüşə Surkov gələcək”, - Surikov bildirib.

Üçtərəfli əlaqə qrupunun (Ukrayna, Rusiya və ATƏT) fevralın 10-da Minskdə görüşü gözlənilir.

Qeyd edək ki, Vladislav Surkov Kremlin “boz kardinalı” hesab olunur.

Geri dön