Ana Sayfa > Siyasət / Manşet > Nurçu Elçin Quliyevin tayfa şəbəkəsi: Sabirabadda dövlət necə uduzur?
Nurçu Elçin Quliyevin tayfa şəbəkəsi: Sabirabadda dövlət necə uduzur?28-10-2015, 09:44. Yazar: admin |
Parlament seçkilərinə artıq saylı günlər qalıb. Arxada qalan təşviqat kompaniyası çərçivəsində bəzi namizədlər seçki dairələrində öz platformlarını açıqlamqla bərabər seçicilərə “yağlı” vədlər verməkdən, hətta onları pulla ələ almaqdan belə çəkinmirlər. Bu baxımdan 63 saylı Sabirabad birinci seçki dairəsində maraqlı proseslər yaşanır. Dayoğlunun pulları 63 saylı Sabirabad birinci seçki dairəsindən namizədliyi YAP-tərəfindən irəli sürülmüş Elçin Quliyev seçiciləri ilə görüşməklə bərabər, pərdəarxası fəaliyyəti də əldən vermir. Namizədin seçki kompaniyasında iştirak edən mənbə cumhuriyyet.az-a bildirir ki, Elçin Quliyevin təbliğat təşviqatında əsas “aparıcılardan” biri olan Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin müdiri Elman Nuriyev Sabirabad birinci seçki dairəsini əhatə edən ərazilərdə yşayan sakinlərin arasında onbaşı, yüz başı sistemini qurmaqla məşğuldur. Mənbə bildirir ki, Elman Nuriyev dayısı oğlu Elçin Quliyevin seçkidəki bütün xərclərini öz üzərinə götürüb. Bu işdə ona əsasən Meliorasiya və Su Təəsrrüfatı ASC-nin Sabirabad rayonundakı idarə müdirləri kömək edirlər. Həmin idarə müdirləri hər axşam «Şamlıq» restoranına təşrif buyuraraq Elman Nuriyevlə birgə Elçin Quliyevin göstərişlərini gözləyirlər. Nazir müavini olan qardaşın hiyləsi Bildirək ki, adı çəkilən dairədə 6 namizəd mübarizə aparır. Sabirabad birinci Seçki Dairəsindən 4 namizəd Ağayev Səid Nizami oğlu, (BAXCP – Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsində mühəndis-1954-cü il təvəllüdlü), Mirzəyev Kamran Adiloğlu, (Sabirabad Melorasiya idarəsində mühəndis-meliorator bitərəf – 1983-cü il təvəllüdlü), Usubov Araz Rəşid oğlu (Mərkəzi Xəstəxanada pediatr, ASRP-1984 –cü təvəllüdlü), Mövlüdov Bəxtiyar Hafis oğlu, (kənd müəllimi bitərəf), özlərinin seçki görüşlərində Sabirabad birinci seçki dairəsindən Elçin Quliyevin ən layiqli namizəd olduğunu təbliğ edirlər. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, namizədlər getdikləri kəndlərdə yeri camaata açıq aydın “Sabirabadda Elçin Quliyev deputat olacaq və biz ona kömək etmək üçün namizədliyimizi irəli sürmüşük”, deyə müraciət edirlər. Yuxarıda adlarını qeyd etdiyimiz namizədlərin iksi Melorasiya və Su Təsərrüfatı ASC-yə aid olan idarələrdə çaışırlar. Qeyd edək ki, Elçin Quliyev Melorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevin qardaşıdır. Bu isə o deməkdir ki, Zakir Quliyev əlində olan adminstrativ imkanlardan istifadə edərək qardaşının seçki prossesinə müdazilə edir və bu zàman açıq şəkildə seçki prossesinə hiylə qatır. Quliyevlər imperiyası Göründüyü kimi Elçin Quliyevin seçki marafonu bütöv bir tayfanın, özü də vəzifələrdə əyləşmiş şəxslərdən ibarət bir tayfanın tədbirinə çevrilib. Yeri gəlmişkən, rayonda əhalinin pullarını talan edən, əkin sahələrini onminlərlə baş heyvanlarının otlaq sahələrinə çevirən, bütün qohumlarını vəzifəyə yerləşdirən Quliyevlər ailəsi haqqında cumhuriyyet.az-a daxil olan məlumatları diqqətinizə çatdıraq: – Ən böyük vəzifəli Quliyev Zakirdir. O, Su Meliorasiya Cəmiyyətində sədrin, yəni Əhməd Əhmədzadənin müavini vəzifəsində işləyir. Bu yaxınlarda Sabirabaddan daxil olan məlumatlarda deyilirdi ki, Zakir Quliyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından istifadə edərək Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsi yaradır. Və əhali arasında Quliyevlər iddia edirlər ki, bu vətəgə Kəmaləddin Heydərovundur. – Elçin Quliyevin digər bir qardaşı Namiq Quliyev «Kapitalbank»ın Şirvan şəhər filialının rəhbəridir. Uzun müddət Sabirabad rayonunda «SənayeBank»ın rəhbəri vəzifəsində işləyən və son 5 ilə qədər işsiz qalan Namiq Quliyevi təbii ki, qardaşının hesabına banka rəhbər təyin ediblər. Əslində, Şirvan və Sabirabad rayonlarındakı «Kapitalbank»lar Zakir Quliyev tərəfindən idarə olunur. – Zakir Quliyev komitə sədrinin müavini vəzifəsinə təyin ediləndən sonra köhnə iş yerini də əldən buraxmayıb. O, Su Meliorasiya Cəmiyyətinin Aran zonası üzrə idarəsinə bibisi oğlu Elman Nuriyevi təyin edib. Qeyd edək ki, Zakir Quliyev uzun müddət bu idarədə rəhbər vəzifədə işləyib. – Quliyevlərin əmisi oğlu Şamil Qasımov artıq ikinci bələdiyyə seçkiləridir ki Sabirabad Şəhər Bələdiyyəsinin sədri təyin olunur. – Elçin Quliyevin xalası oğlu Zamin Sabirabad rayon sığorta idarəsinin rəisi, dayıları Fazil Qasımov pambıq zavodunun müdiri, Murtuza Qasımov Cavad kənd bələdiyyəsinin sədri, Şamil Qasımovun oğlu Sabirabad rayon polis idarəsində pasport qeydiyyatı idarəsinin rəisi vəzifəsində işləyir. Quliyevlərin rayondakı nüfuzu Milli Məclis seçkilərində hakim partiya olan YAP -n namizədi kimi Elçin Quliyevin namizədliyi irəli Sabirabadda sürüləndə hamı təəcübləndi. Çünki bu tayfadan olub vəzifədə olanlara rayon camaatı yaxşı bələd idi. Uzun müddət Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinin müdiri işləmiş Əlqəmə Quliyevin əməlləri mətbuata da yol açmışdı. Bundan başqa cumhuriyyet.az olaraq Elçin Quliyevə bağlı mediada yer almış başqa bir məlumat da diqqətimizi cəlb etdi: “Bütün ölülərə allahın rəməti olsun. Ancaq Elçin Quliyevin rəhmətlik atası Bəybala Quliyev nə vaxtdan ziyalı olub? Sabirabadda hamı bilir ki, Quliyev Zakir və Elçin qardaşlarının atası Bəybala Quliyev hələ Heydər Əliyevin birinci hakimiyyəti dövründə korrupsiyaya görə 15 il cəza almış, bunun 12 ilini həbsdə yatmış bir şəxsdir. Onu da, hamı bilir ki, Bəybala Quliyev həbsdən çıxdıqdan sonra neçə ağır maddi durumda idi. Onun dəfnin məclislərini də “Biyan” Qədir təşkil eləmişdi və indiki Elçin Quliyev sonralar rayon vergi idarəsinin rəisi işləyərkən həmin biyan Qədiri ilişdirib müflis elətdirdi”. Fətullahçı ittihamı Bütün bu məlumatlara onu da əlavə edək ki, Elçin Quliyevin Fətullahçı şəbəkəyə aid olması haqda da söz-söhbət dolaşır. Elçin Quliyevin nurçu şəbəkənin namizədi olduğunu ən müxtəliv detallarda öz əksini tapır. Məsələn, YAP- ın siyahısı elan olunmasından bir gün sonra Ceyhun Osmanlı respublika kütləvi informasiya vasitələrində bəyanat verərək Elçin Quliyevi dəstəklədi, onun ziyalı ailədən çıxdığını xüsusi qeyd elədi. Həmçinin Ceyhun Osmanlı deputat olduğu vaxtlarda rayona bir qayda olaraq “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini, əslən sabirabadlı olan Zakir Quliyevin xidməti avtomobilində, çox vaxt da onunla birlikdə gəlib getdiyini Sabirabadda hamı yaxşı bilir. Ceyhun Osmanlı rayonda qaldığı zaman da, onların evində qalırdı. Başqa bir nümunə, Feysbukda Elçin Quliyevin əsas təbliğatçılarından biri Nadir Peyman adlı şəxsdir. Bu həmin Nadir Peymandır Sabirabadda nurçu şəbəkənin maddi qaynaqlarından olan marketin sahibidir. Həmin marketin nurçulara məxsus olduğu Sabirabadda Ceyhuh Osmanlı peyda olmamışdan xeyli əvvəl danışılırdı. Son əvəzi Beləliklə Sabirabadda fətullahçı şəbəkəyə xidmət edən bir tayfanın dövlətlə əsl savaşı gedir. “Biz Elçin Quliyevi yox, YAP- in namizədini müdafiə edirik deyənlər” də bunun fərqində olmalıdırlar. Elçin Quliyev YAP- ın yox , “abi” deyib əlini öpdüyü Ceyhun Osmanlının, nurçuların, Fətullah Gülənin namizədidir. Bu savaşın neçə qurtaracağı tək Sabirabadın deyil, bütün Azərbaycanın milli təhlükəsizlik məsələlərindən biridir. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq. Geri dön |