Ana Sayfa > Siyasət / Manşet > Mədət Quliyevə qarşı məhbus üsyanı HAZIRLANIR

Mədət Quliyevə qarşı məhbus üsyanı HAZIRLANIR


28-09-2015, 12:20. Yazar: admin
Mədət Quliyevə qarşı məhbus üsyanı HAZIRLANIR
Penitensiar Xidmətin Qobustan Qapalı Cəzaçəkmə Müəssisəsində hazırda gərgin vəziyyət yaranıb.
Xalqxeber.Az-a daxil olan məlumata görə, ötən həftə Qobustan Türməsində ötən həftə baş vermiş hadisə nəticəsində döyülən, özlərini doğrayan və "kars”a salındığı deyilən məhbsusların yaxınları cəzaçəkmə müəssisəsinin qarşısına toplaşıblar: "Döyüldüyü və özünü doğradığı iddia olunan məhbuslardan bəzilərinin yaxınları ilə söhbətləşdik. Onlar ötən həftəki hadisə ilə bağlı məhbuslara işgəncə verildiyi qənaətindədirlər.
Həmçinin "karsa”a salınan və özlərini doğrayan məhbuslara görüş verilmədiyindən yaxınları həbsxana qarşısından uzaqlaşdırıldılar. Cəzaçəkmə müəssisəsinə hüquq müdafiəçiləri də buraxılmır. Bir sözlə, hazırda Qobustan Türməsində əsəbi gərginlik davam edir”.

Dustaqlar dözülməz vəziyyətə görə ayağa qalxıblar
Qobustan Türməsində məhkumların ötən həftə etiraz aksiyası baş verib. Bu barədə "Xalqxeber.Az”a məlumat daxil olub. Məlumatda bildirilir ki, məhbuslar cəzaçəkmə müəssisəsindəki dözülməz şəraitə, dustaqları intihar həddinə çatdırılmasına eləcə də müəssisə rəhbərliyi və əməkdaşlarının kobud rəftarına etiraz ediblər. Vəziyyətin nəzarətdən çıxdığını görən müəssisə rəhbərliyi "nazzor"lara göstəriş verərək, etiraz edən dustaqları döydürüb. Bundan sonra qiyamı yatırmaq mümkün olub. Bu olaydan sonra məhkumların bir qismi cəzalandırılıb və "karsa" salınıb.

Bununla belə, məhbusların etirazı hələ də davam edir. Mənbənin sözlərinə görə, onların bir qismi hələ də etiraz əlaməti olaraq, qida qəbulundan imtina edib. Deyilən məlumata görə, dustaqların etirazına səbəb isə onlara ailələri tərəfindən gətirilmiş "Vintelyator"ların isti havada bütün otaqlardan yığılması və yenidən dustaqların özünə 50 manat müqabilində geri qaytarılması olub. Bundan başqa yaxşı təmirli otaqların 500 manata dustaqlara satılması, qış mövsümündə dustaqlardan istilik sobaları üçün "spiral"ların alınmasına 50 manat istənilməsi, hüququnu tələb edən dustaqların ac və susuz qolu qandallı vəziyyətdə saxlanılması, görüşlərin 3 aydan bir təşkil olunması, görüşə gələn valideynlərin saatlarla türmə qapısında gözləməsi, görüş üçün valideynlərin "nazzor"lara 100 manat pul verilməsi halları dustaqların haqlı etirazına səbəb olmuşdur.
Dustaqlardan birinin qohumu "Xalqxeber.Az”saytına deyib ki, ötən həftə həbsxanaya baş çəkəndə onları yaxına buraxmayıblar, həbsxanadan təxminən 100 metr uzaqda saxlayıblar. Onlar həbsxana qarşısında bir neçə təcili yardım maşını gördüklərini deyiblər.
Dustaqların qohumları 10-dan çox məhbusun "kars"a salındığını deyir. Hətta o vəziyyət yaranıb ki, həbsxana rəhbərliyi özünü doğrayan dustaqlara işgəncə verməkdən belə çəkinmir.

Məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri ilə əlaqə saxlamağa cəhd göstərsək də, onun telefonu söndürüldüyündən olayla bağlı rəsmi mövqe öyrənə bilmədik.
Qobustan Türməsində əsasən ağır cinayətlərə görə məhkum olunan, eləcə də ilk dəfə məhkumluq həyatı yaşayan şəxslər saxlanılır. Buna baxmayaraq, bura penitensiar sistemdə məhbuslar üçün ən ağır müəssisələrdən biri kimi tanınır.
Hüquq müdafiəçilərinin sözlərinə görə, bu kaloniyada vəziyyət o qədər ürəkaçan deyil: "Bu kaloniya sovet vaxtında dustaqlara əzab verən cəzaçəkmə müəssisəsi kimi tanınıb. Orada məhkumlar çox əziyyət çəkirlər. Ona görə də hesab edirik ki, həmin müəssisənin rəhbərliyi dəyişdirilməlidir. Orada baş verən hadisələrə gəlincə, bu məsələ ciddi araşdırılmalı, məhkumları özlərini intihara və doğramalarına vadar edən şəxslər cəzalandırılmalıdır”.

P.S. Xüsusilə qeyd edək ki, Qobustan Türməsində işgəncə verilərək, özlərini doğrayan şəxslərin adları redaksiyamıza məlumdur. Lakin müəyyən səbəblərdən onların adlarını çəkmirik, lazım gələrsə aidiyyatı orqanlara həmin şəxslərin kimliyi barədə məlumat verə bilərik.
- See more at: http://xalqxeber.az/gundem/24946-qobustan-turmesnde-dustaqlar-nthara-suruklenr.html#sthash.vA86MmQH.dpuf

Geri dön