Ana Sayfa > Siyasət / Manşet > Qorxmaz Hüseynov bunları bilsə...

Qorxmaz Hüseynov bunları bilsə...


11-09-2015, 10:50. Yazar: admin
Qorxmaz Hüseynov bunları bilsə...
Hələ uzaq Sovetlər Birliyi zamanından aktual olaraq qalan müdir-katibə münasibətləri, Leninizm cəmiyyəti tərəfindən heç də birmənalı qarşılanmırdı. Müdir-katibə münasibətləri məişət problemləri sırasına qatılaraq az qala hər evdə müzakirələr obyektinə çevrilmişdi. O zamankı ideologiyanı təsvir edən ağ-qara ssenarilər, bu mövzunu təxminən belə təsvir edirdilər; "Gənc və savadlı bir kadr təyinatla uzaq bir rayona müdir təyin olunur, gənc və əzmkar sovet müdiri çalışdığı kollektivdə cavan və sadə katibəsinə vurulur, müdir həm həyatda, həm də sevgidə yerini tapır".

Müdir-katibə mövzusunu öz süjet xəttində əks etdirmiş neçə-neçə film və ədəbiyyatlar üstünlük təşkil edərdi o zamanlar. Adi bir misal gətirim ; Azərbaycanın xalq yazıçısı, dramaturqu Aslan Qəhrəmanlının məşhur "Səni axtarıram" adlı teletamaşasındakı "Elçin-Gülnar " münasibətləri hər bir evdə böyük maraqla izlənirdi. Formalaşma tarixi təxminən 60-80 ci illərə təsadüf edən müdir-katibə münasibətləri, təəssüflər olsun ki, bu günlərimizdə də ayaq üstə durmağa macal tapdı.

Müasir Azərbaycan cəmiyyətinə adaptasiya olunan indiki müdir-katibə münasibətləri, sovetlər birliyi zamanındakı forma və tərzindən tamamilə seçilərək yenə də cəmiyyətdə gərgin müzakirələrə səbəb olur. Bəli, bu gün də bir çox şirkət və müəssisələrdə yaşanan müdir-katibə "sevgisi", hər bir normal düşüncə tərzinə malik insanın qınaq obyekti kimi qəbul olunur. Belə "pak və məsum" sevgi yaşanan idarələrdə həmişə iş ikinci dərəcəli planda olub. Deyilənə görə, "Azərsu" ASC-nin tabeliyində fəaliyyət göstərən Sanqaçal Su Kəmərləri İdarəsi müdiri Qənimət adlı şəxsin şəxsi ambisiya məkanına çevrilib. Bu şəxs rəhbərlik etdiyi idarədə çalışan insanlarla nəzakətlə davranmır. Aparıcı rəhbər olmasına baxmayaraq Qənimət bəy qeyri-adekvat addım ilə bütün idarə işçilərinin haqlı qəzəbinə səbəb olub. Onun bu hərəkəti, mənsub olduğu milli mental dəyərlərə qeyri-sadiq qalmasını kəskin şəkildə bütün idarə işçilərinə və o cümlədən Qaradağ rayonu rəhbərliyinin də haqlı narazılıqlarına səbəb olub. Onu da qeyd edim ki, həmin narazı şəxslərdən biri də əvvəllər bu idarədə adi qazançı vəzifəsində çalışırmış. Müxtəlif mənbələr iddia edirlər ki, Qənimət müəllim bəzi işləri çətin olan şəxslərə çox güzəştə getməyi bacarır. Necə ki, adi bir qazanxana işçisini katibə masasına əyləşdirib. Onların əvvəlki ağır funksiyasını idarənin digər işçilərinə tapşıraraq onun əvvəlki yerinə heç kimi götürməyib.

Mühüm və strateji bir qurum olan Sanqaçal Su Kəmərləri İdarəsinin müdiri Qənimət bəy üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirmək əvəzinə gününü belə işlərlə keçirdərək, bütün tələb və müvafiq normativlərdən geridə qalır. O, üzərinə düşən mövcud Konstitusiya maraqlarına kobud şəkildə hörmətsizlik edərək rəhbəri olduğu dövlət müəssisəsini xoşagəlməz bir yerə çevirib.

Adətən belə münasibətlərdə müdirlərin günahkar olmaları qəbul olunsa da, qarşı tərəfin - yəni işçilərin günahları az deyil.

Görəsən bu məsələyə Qorxmaz Hüseynovun reaksiyası necə olacaq!?

Qarşı tərəfin də mövqeyini yaymağa hazırıq...

Geri dön