Ana Sayfa > Siyasət / Manşet > Min illərdən qalan qayalar durur, amma yeni salınmış qəbirstanlıq dağıdılır...
Min illərdən qalan qayalar durur, amma yeni salınmış qəbirstanlıq dağıdılır...9-09-2015, 11:13. Yazar: admin |
Heç kimə sirr deyil ki, erməni terrorçuları torpaqlarımızın 20 faizini işğal etdikdən sonra Qarabağdakı tarixi memarlıq abidələrini, mədəniyyət, səhiyyə və təhsil ocaqlarını, həmçinin azərbaycanlılara məxsus qəbiristanlıqları belə, vəhşicəsinə dağıdıb məhv ediblər. Bu onu göstərir ki, erməni dığaları üçün ülvi, dəyərli heç nə yoxdur. Onların mənəviyyatı, qüruru, mənliyi olmadığı üçün hətta ölüdən belə, qisas almağa çalışırlar. Hamıya bəllidir ki, erməni azərbaycanlının, türkün əbədi, əzəli düşmənidir. Odur ki, onların qəbirlərimizi dağıtması məhz bununla izah olunmalıdır. Lakin damarlarında azərbaycanlı qanı axan birisinin öz millətinin ölülərinə saymazyana münasibət sərgiləməsini heç cür başa düşmək olmur… Çox uzatmadan mətləbə keçmək istərdik. Beləliklə, əldə etdiyimiz bilgilərə görə, son günlər naməlum şəxslər Qobustan rayonunun Ceyrankeçməz kəndindəki qədim qəbiristanlığı vəhşicəsinə dağıdırlar. Bununla bağlı redaksiyamıza məlumat verən kənd sakinlərinin sözlərinə görə, 63 qəbir traktorlarla eşilib və ərazidən zinət əşyaları axtarılıb: "Biz kənd sakinləri adət-ənənəyə uyğun olaraq həmin qəbiristanlığı hər zaman ziyarət edirdik. Lakin son günlər qəbiristanlıq naməlum adamlar tərəfindən uçurulur, qazılır, qəbir daşları qırılır, bərbad vəziyyətə salınır. Bununla bağlı bir neçə dəfə Qobustan Rayon İcra Hakimiyyəti rəhbərliyinə şikayət etsək də, hələ də problem həll olunmamış qalmaqdadır. Bildiyiniz kimi, torpaqlarımızın işğalı nəticəsində minlərlə soydaşımızı itirdik, yüz minlərlə insanımız dədə-baba yurdundan didərgin düşdü. Bununla yanaşı, Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlarda, hətta Qərbi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus olan mədəniyyət nümunələrinin, məzarlıqların, qəbirlərini dağıdılaraq məhv edilməsi xalqımız üçün böyük maddi və mənəvi zərbə oldu. Lakin indi Ceyrankeçməz kəndindəki qədim qəbiristanlığın məhz bir qrup azərbaycanlı tərəfindən məhv edilməsi biz kənd sakinlərinə daha sarsıdıcı zərbə oldu. Bu, dünyada görünməmiş hadisədir. Axı necə ola bilər ki, sən öz millətindən olan insanların qəbirlərin yerlə-yeksan edəsən? Bu, lənətlənməli hərəkətdir". Kənd sakinlərinin redaksiyamıza təqdim etdikləri foto şəkillərdən də görünür ki, Qobustan rayonunun Ceyrankeçməz kəndindəki qədim qəbiristanlıq dağıtdıraraq yer üzündən silinmək üzrədir. Həmin ərazidə birinci Qarabağ savaşında gedən döyüşlərdə şəhid olmuş naməlum əsgərin də məzarının olduğunu vurğulayan şikayətçilər bildirirlər ki, bir qrup şəxs qəbiristanlıq ərazisində zinət əşyası axtarmaqla yanaşı, həmin ərazini müxtəlif yollarla mənimsəməyə çalışır: "Bildiyiniz kimi, 2007-ci ildə Quba şəhər stadionunun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar edilib və dərhal işlər təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb edilib. Araşdırmalar zamanı Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib. Məhz elə həmin gündən qəbiristanlıq yüz minlərlə insanın ziyarət etdiyi abidəyə çevrilib. Təbii, bu, təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Çünki bununla biz qəbirlərimizə, tariximizə, keçmişimizə, şəhidlərimizə hörmətlə yanaşdığımızı bir daha sübuta yetirmiş olduq. Lakin indi bir qrup şəxs Qobustan rayonunun Ceyrankeçməz kəndindəki qədim qəbiristanlığı dağıdır, rayon icra hakimiyyəti, yerli məmurlar və hüquq-mühafizə orqanlarının əməkdaşları isə olub-bitənlərə lazımi reaksiya vermirlər. Hadisə bir neçə gün öncə baş versə də, hələ də cinayətkarlar tapılmayıb. Bu məsələ ilə bağlı sanki Qobustanda bir sükut hökm sürür. Elə bu səbəbdən də biz kənd sakinləri ölkə başçısından üzləşdiyimiz problemin həllində yardımçı olmasını, kəndimizin qəbiristanlığının məhvinə səbəb olan şəxslərin ən ağır şəkildə cəzalandırılmasını təmin etməyi xahiş edirik". Əldə etdiyimiz bilgilərə görə, qəbiristanlıqdakı qazıntı zamanı hadisə yerində 1 ekskavator, 1 "Niva" markalı, 1 qara rəngli "KİA" markalı və 1 nömrəsiz "Mercedes Panorama" markalı avtomobil olub. Sözsüz, 63 azərbaycanlının məzarının açılması həm dünyasını dəyişmiş şəxslərə, həm onların yaxınlarına, həm də bütün millətə ünvanlanan hörmətsizlik kimi dəyərləndirilməlidir. Bu, mentalitetimizə, milli-mənəvi dəyərlərimizə, ümumiyyətlə insanlığa yaraşmayan iyrənc əməl olduğundan Qobustan rayonunun Ceyrankeçməz kəndindəki qədim qəbiristanlığı dağıdanların azərbaycanlı olduğunu deməkdə çətinlik çəkirik. Çünki damarlarında bu millətin təmiz qanı axan heç bir azərbaycanlı dünya malından ötrü bu cür vəhşilik etməz, dünyadan köçənlərin ruhları ilə oynamaz! (Oxucularımızdan üzr istəyərək bu fikri işlətməyə məcbur olduq. Bu yazı Gündəlik Bakı qəzetinə məxsusdur. Yazılarımızdan çirkin niyyətləri üçün istifadə edənlərin hər şeyi fahişədir)Xülasə, eşitdiklərimizdən, həmçinin kənd camaatının müraciətindən sonra baş vermiş hadisə ilə bağlı daha ətraflı məlumat almaq məqsədi ilə Qobustan rayonuna yollandıq. Lakin rayonun icra başçısını və yerli hüquq-mühafizə orqanlarının rəhbər şəxslərini axtarsaq da, onların yerində olmadıqlarını bildirdilər. Bundan sonra Ceyrankeçməz kəndinə üz tutduq. Qəbiristanlığın ərazisinə çatdıqda naməlum şəxs heç bir tutarlı arqument göstərmədən bizi güc tətbiq etməklə hadisə yerindən uzaqlaşdırdı. Ancaq məsələ bununla bitən deyil. Çünki biz həqiqət, haqqq-ədalət, ölülərin ruhunu şad etmək naminə mövzu ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik. Məhz bundan sonra Zamiq adlı şəxsin kimliyi də hər kəsə bəlli olacaq. Bu arada, qəbiristanlığı dağıdan, məzarları viran qoyan şəxslər unutmasınlar ki, onlar bu hərəkəti Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət əməli hesab olunur… Geri dön |