Ana Sayfa > Siyasət / Manşet > İlqar Abbasov yol üstündədir...

İlqar Abbasov yol üstündədir...


1-09-2015, 09:12. Yazar: admin
İlqar Abbasov yol üstündədir...
Suraxanıda məmur zülmü ərşə dirənib. İcra başçısı İlqar Abbasovun irtica siyasəti nəticəsində total haqsızlıq hökm sürür. Vertikal.az-ın əldə etdiyi məlumata görə, İlqar Abbasov yaxın vaxtlarda vəzifəsini itirəcək. Bu barədə məlumatlı olan İlqar Abbasovun hara təyin olunacağı ilə bağlı hələlik heç bir bilgi yoxdur.

Məlumatda qeyd olunur ki, İlqar Abbasov icra başçısı kimi yuxarı dairələrdə inamlı ad və iş formalaşdıra bilməyib. Bu səbəbdən də onun hansısa rayona icra başçısı təyin edilməsi gözlənilmir.

Belə ki, 1-ci Avropa Oyunları ərəfəsində aparılan təmir-tikinti işləri zamanı Suraxanı rayonunun baxımsız və nəzarətsiz olduğu ortaya çıxıb. Ayrılan pulların hara xərclənməsi ciddi müzakirə mövzusu olub.

Nəticədə qərara gəlinib ki, Avropa Oyunları məşəlinin Atəşgahdan aparılması xəttinə düşən ərazinin təmir-tikinti işləri ATEF şirkətinin rəhbərinə həvalə olunub. Bir sözlə, İlqar Abbasov bu işlərdən kənarda saxlanılıb.

Daxil olan xəbərdə deyilir ki, bəzi qohumluq əlaqələrinə arxayın olaraq rayona nəzarəti itirən İlqar Abbasovdan yuxarı instansiyalara saysı-hesabsiz şikayət məkltubları göndərilib. Məktublar arasında əsasən fərdi evlərin tikintisi zamanı alınan rüşvət halları qeyd olunur.

Belə ki, Yeni Suraxanı və Hövsan qəsəbəsəindən daxil olan şikayət məktublarında fərdi evlərin tikintisinə icazə almaq üçün vətəndaşlardan İlqar Abbasovun adından 3-5, 10-15 min manat rüşvət istənildiyi qeyd olunur. Bu işlərlə əsasən kənd icra nümayəndələrinin rəhbərləri və İlqar Abbasovun adamı kimi tanınan şəxslər nəzarət edir.

Məsələn Hovsan qəsəbəsində konkret faktlar mövcuddur. Hovsan kənd icra nümayəndəsinin Ağasəlim və Daşqın adlı şəxsləri hovsanda fərdi ev tikmək istəyən şəxslərdən 4-5 min manat rüşvət istəyir… Polislə əl-bir işləyən bu şəxslər vətəndaşı hətta polislə qorxudur da…
Bütün bunların fonunda İlqar Abbasovun Suraxanı rayonunda qalması mümkünsüz olub. Bu səbəbdən də onun postdan salınması realdır…

Geri dön