Ana Sayfa > Siyasət / Manşet > "Qarabağ Müharibə Veteranı olduğum üçün mənə kömək edin" - MÜRACİƏT

"Qarabağ Müharibə Veteranı olduğum üçün mənə kömək edin" - MÜRACİƏT


10-08-2015, 11:14. Yazar: admin
"Qarabağ Müharibə Veteranı olduğum üçün mənə kömək edin" - MÜRACİƏT
Qəbələ rayonu Kötüklü kəndində yaşayan Qarabağ müharibə veteranı ehtiyyatda olan kapitan Rüstəmov Azər Sədiyar oğlu tərəfindən Müdafiə Naziri Zakir Həsənova ünvanlanmış müraciəti Vertikal.az olaraq diqqətinizə təqdim edirik:
"Cənab Nazir!

05.05.2015-ci il tarixdən etibarən dəfələrlə müraciətimə baxılmayaraq, qalmaqdadır, mən peşakar zabit olmağıma baxmayaraq məni Qəbələ rayonunda tam orta məktəblərdən birinə Hərbi rəhbər təyin etmirlər, lakin qeyri peşakar müəllimlər həmin vəzifələrdə çalışır. Təhsil Naziuri cənab Mikayıl Cabbarovun müvafiq əmri ilə hərbi rəhbərlər peşəkar zabitlər olmalıdır, bu vəzifədə digər müəllimlər ola bilməz və imtahansız bu vəzifələrə təyin edilməlidir. Lakin Qəbələ rayonunda buna məhəl qoyan yoxdur, hər dəfə müraciət edəndə yer olmadığı bildirilir, belə çıxır ki, bütün məktəblərdə hərbi rəhbər var, bunlarında həqiqətə uyğun olmasın nazirlik tərəfindən yoxlanılmasını istərdim. Qeyd etmək istəyirəm ki, Qarabag müharibə veteranına bu kimi münasibət olmaz. Mən ehtiyyatda olan kapitan Rüstəmov Azər Sədiyar oğlu Qəbələ rayonunda anadan olmuşam. Azərbaycanlıyam. Ali hərbi təsilliyəm.

21 il həqiqi hərbi xidmətdə olmuşam.Qarabağ Müharibə Veteranıyam.Müdafiə Nazirliyinin bir çox hərbi hissəsində müxtəlif vəzifələrdə xidmət etmişəm. Hal-hazırda ehtiyatda olan hərbi qulluqçuyam.

Sizə müraciət edirəm. Qeyd etmək istəyirəm ki, Siz vətəndaşlara çox yüksək qayğı göstərirsiz.

Xidmət müddətində orden medallarla və hərbi hissə komandiri tərəfindən bir çox fəxri fərmalarla təltif olunmuşam.

Qəbələ rayonu Kötüklü kənd orta məktəbində hərbi rəhbər qeyri peşakar müəllimdir, mən peşakar hərbiçi və Qarabağ Müharibə Veteranı olduğum üçün mənə kömək edin.

Cənab Nazir!

Sizdən xahiş edirəm ki,Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinin təsdiq edilməsi haqqında29 may 1998-ci il 119 № li Qərarın 5-ci bəndini rəhbər tutaraq (Hərbi rəhbərlərin hazırlanması və təhsil müəssisələrində yerləşdirilməsi) məniTəhsil Nazirliyinin Qəbələ rayonunda və ya Qəbələ rayonu Kötüklü kəndindəvakant yerlərdən birinə hərbi rəhbər kimi müvafiq işlə təmin edəsiniz və qeyri peşakar hərbi rəhbərlərin bu vəzifədən uzaqlaşdırılmasına göstəriş verəsiniz.

Hərbi vətənpərvərlik ruhunun yüksəltmək, hərbiyə yiyələnmək , hərbiçi olmaq, şagirdlərə hərb peşəsini arşılamaq üçün biz peşəkar zabitlər lazımıq, cənab nazirin şıxışlarında dediyi kimi, qeyri peşakarlar yox".

Geri dön