Ana Sayfa > Siyasət / Manşet > Ramiz Yediyarov Gədəbəylə sağollaşıb
Ramiz Yediyarov Gədəbəylə sağollaşıb3-07-2015, 10:17. Yazar: admin |
Deyəsən, məşhur kinofilmlərdən birinin heç də az məşhur olmayan qəhrəmanı belə deyirdi: “Cənab iclasçılar, buz tərpəndi!” İndi deyəsən Gədəbəyin neçə illərdən bəri buzlaşmış problemlərinin də yavaş-yavaş ərimək şansı əmələ gəlir. Ramiz Yediyarovun bu rayona icra başçısı təyin olunduğu 2012-ci ildən bəri yığılıb qalan ən müxtəlif problemlərin isə, həqiqətən də sayı-hesabı yoxdur. Bu məmurun Gədəbəyə icra başçısı təyin olunduğu ilk günlərdən onun rayonun iqtisadiyyatını çökdürməyə, yerli iş adamlarını müflis duruma gətirməyə hesablanmış dağıdıcı fəaliyyəti hər kəsin gözü önündədir. Ramiz Yediyarovun bu yarıtmaz fəaliyyəti ilə rəhbərlik etdiyi rayonun bütün sahələrini iflic vəziyyətə gətirməsi, rayonda fəaliyyət göstərən bütün müəssisə və təşkilatlara “haqq” qoyması, sahibkarlara qarşı hər zaman qərəzli mövqe nümayiş etdirməsi və onun rəyi ilə yerli iş adamlarının incidilməsi konkret faktlarla dəfələrlə qeyd olunub. Aldığımız çoxsaylı rəy və şərhlərdə məmur özbaşınalıqlarından cana doymuş gədəbəylilər Ramiz Yediyarovun əsarətindən qurtulmaq üçün ölkə rəhbərliyinə dönə-dönə müraciət etməyə hazır olduqlarını bildirmiş, yuxarı instansiyalarda bu məsələnin həllinə həssaslıqla yanaşacaqlarına, nəzarətə götürülərək tədbir görüləcəyinə inandıqlarını vurğulamışlar. Bu gün ölkənin regionlarında tikinti, abadlıq işləri aparılır. Bu da təqdirə layiq haldır. Əhali bundan narazı deyil, əksinə dəstəkləyir. Regionlarda tikinti və abadlıq işləri aparılarkən əhali xərclənən pulların hesabatını, şəffaflığını tələb etməlidir. Bu işlər əhalinin sosial maddi rifahının yaxşılaşdırılmasına xidmət edirsə, o zaman kobudcasına və təhqiranə davranaraq, məhkəmə hökmü olmadan, qanunları pozaraq əhaliyə maddi ziyan vurmağın nə mənası var? İnsanlar özlərini məmləkətdə alçaldılmış hiss edəcəklərsə, burada yaşamağa dəyərmi? Ölkə başçısı zaman-zaman yüksək çinli məmurlara etdiyi müraciətlərində “xalqla bir olun, xalqa yaxın olun” deyir. İcra başçısı rayonda işlədiyi 3 il müddətində bircə dəfə də olsun xalq arasına çıxıb onlarla səmimi söhbət aparıbmı? Bu müddət ərzində başçı xalqa yaxınlaşmaq əvəzinə, arada yaranmış inamsızlığı bir daha dərinləşdirmiş və elədiyi tərbiyəsiz çıxışları, qanun pozuntuları sayəsində özünə qarşı gədəbəylilərin nifrətini bir az da dərinləşdirmişdir. Bu münasibət Gədəbəydən aldığımız saysız-hesabsız şikayət məktublarında da öz əksini tapmaqdadır: “Bu gün Azərbaycan rayonlarına rəhbərlik edən icra başçılarının içində eləsini tapmaq mümkün deyil ki, Ramiz Yediyarov qədər pula görə insanların haqqını tapdasın. Niyə? Çünki o, bütün məsələlərin məhz pul üzərindən həlli strategiyası əsasında fəaliyyət göstərir. Yəni pulun yoxdursa və bu səbəbdən başçının razılığını almamısansa daşı daş üstə qoya bilməzsən. Onun pula bu çür münasibəti vergi orqanlarında çalışdığı illərdən formalaşıb. Ramiz Yediyarovun ən ali məqsədi pul toplamaqdır. Rayonda isə vətəndaş icra başçısının qəbuluna düşə bilmirsə, müəllimlərin, mədəniyyət işçilərinin əmək haqqlarının kəsilməsi olursa, fəhlə rayonun abadlaşdırılmasında iştirak edib əmək haqqını normal almırsa – kimdir günahkar? Təbii ki, yenə də Ramiz Yediyarov. Bir müddət əvvəl rayonda bütün obyektlər söküldü, sahibkarlar əzildi lakin səsini çixaran olmadı. Çünki bu kimi hallar kütləviləşməkdədir. Hazırda isə hardan bir manat qazanmaq mümkündürsə, ora icra başçısının əli qoyulur. Rayonda Ramiz Yediyarovun sələmçilərinin sayı bilinmir. Pul yığan, haqq qoyan, torpağı qarış-qarış satan kim, hamısının da başında duran rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovdur...”Lakin bu gün artıq Gədəbəydə nəhayət ki, bütün bu problemlərə son qoyulacağına bir ümid yaranıb. Rayondan aldığımız məlumatda bildirilir ki, Ramiz Yediyarov məzuniyyətə çıxıb. Amma bu “məzuniyyətə çıxma” əməliyyatının məzi məqamları əhalidə müəyyən ümidlər doğurub. Məsələ bundadır ki, məzuniyyətə çıxan başçı öz yaxınları, “səhabələri” ilə sanki bir də geri qayıtmayacaq kimi görüşüb-halallaşıb. Əlbəttə, bu kəlməni nə Ramiz Yediyarova, nə də onun halal-haram biməyən əlaltılarına şamil etmək olmaz. Amma yenə də olsun, təki gədəbəylilər nəhayət ki, bu rayonun problemlərini həll etməkdə qərarlı olan bir icra başçısının gəlişinə şahid olsunlar. Bütün qalan işlər isə tezliklə öz qaydasına düşər! Geri dön |