Ana Sayfa > Siyasət / Manşet > Xaləddin İsgəndərovun "sağ əli" nurçu çıxdı...
Xaləddin İsgəndərovun "sağ əli" nurçu çıxdı...19-06-2015, 11:18. Yazar: admin |
Binəqədi rayon icra başçısının ətrafı təriqətçilərlə əhatələnib.Bu barədə mötəbər mənbədən daxil olan xəbərdə vurğulanır ki, həmin müavin Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanova yaxınlığı və himayədarı olması ilə seçilir. Hətta onun müavin təyinatında Aslanovun təsiri olduğu qeyd edilir. Qaynağımız qeyd edir ki, sabiq PA rəsmisi nurçuların lideri Fətullah Gülənin Bakıdakı adamı olması ilə gündəmə gəldikdən sonra postu ilə vidalaşanda ətrafındakı komandası da pərən-pərən olub. Buna baxmayaraq, X.İsgəndərovun bu müavini onun əsas kadrlarından biri kimi təqdim olunur. İddia edilir ki, 15 nəfərin ölümü nəticələnən Binəqədidəki bina yanğınından sonra etika naminə adını çəkmədiyimiz müavin canfəşanlıq nümayiş etdirib. Başçı müavini X.İsgəndərovun tapşırığı ilə gizli iclaslar təşkil edib. İclasda verilən təlimat ondan ibarət olub ki, sosial mediada fəallaşsınlar. Bu göstəriş Binəqədi icra hakimiyyətinə və Binəqədi YAP-ın üzvləri olan gənclərə şamil edilib. Sosial şəbəkələrdə aktiv olan gənclərə tapşırıqlar verilib ki, Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini tənqid etsinlər, buna dair yazılar paylaşsınlar, faciənin məsuliyyətini FHN-nin üzərinə qoysunlar. Artıq Binəqədinin aktiv gəncləri FHN-ni və onun rəhbəri Kəmaləddin Heydərovun fəaliyyətini tənqid edən paylaşımlar ediblər. Bu iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mənbə əlavə edir ki, Binəqədi İcra Hakimiyyətinə ABU-nun keçmiş rektoru Elşad Abdullayevin adamları yüksək vəzifələrə təyin edilib. İqtidara qarşı sərt çıxışlarla yadda qalan sabiq rektorun yaxın qohumu olan Qüdsi Bayramov rayon Gənclər və İdman idarəsinin rəisi, atası Həsən Bayramov Dairə Seçki Komissiyasının sədri təyin olunublar. Bundan başqa qardaşı Rövşən Göyüşov YAP-ın rayon təşkilatının sədri təyin edilib. İddialara görə, E.Abdullayevlə R.Göyüşovun şərikli biznesi var Geri dön |