Ana Sayfa > Siyasət / Manşet > İcra başçısının müavini Habil Məlikov: “Ola bilsin səhv edirəm”

İcra başçısının müavini Habil Məlikov: “Ola bilsin səhv edirəm”


9-06-2015, 09:56. Yazar: admin
İcra başçısının müavini Habil Məlikov: “Ola bilsin səhv edirəm”
Bu günlərdə Quliyev Eldəniz adlı bir vətəndaş öz facebook səhifəsində üzləşdiyi problemlə bağlı bir məlumat paylaşıb. Bu məlumatı olduğu kimi sizlərə təqdim edirik:

“Mən Quliyev Eldəniz Şadkamal oğlu Lerik rayon N.Nərimanov küçəsi, ev 21-də yaşayıram. Mənim 60 sot qanuni mülkiyyətimi Lerik RİH-nin başçısı Rövşən Bağırov və millət vəkili İqbal Məmmədov zorla əlimdən alıblar. Daha doğrusu, mənim mülkiyyətimdə olan 60 sot torpaq Etibar Pirverdiyevin rəhbəri olduğu “Azərenerji” şirkətinə satılıb. Bizim ailənin heç bir razılığı olmadan “Azərenerji” bizim mülkiyyətimizi və orda əkilən taxıl zəmisini ağır texnikanın qabağına verərək məhv etmişdir. Bunlar bizim ümid yeri olan taxıl zəmimizi və gələcəyə olan ümidlərimizi darmadağın etmişlər. Mən çox xahiş edirəm bir Azərbaycan vətəndaşı kimi mənim mülkiyyətimi azad edin və qanun çərçivəsində mənə kompensasiya ödənilsin. Hüquq-mühafizə orqanları tərəfindən təzyiqə məruz qalsam, özümü və evdə olan azyaşlı körpələri yandıracağam.

Milli Məclisin üzvü İqbal Məmmədov məni ölümlə hədələyir, Baş prokurorluq buna əhəmiyyət vermir və Lerik rayon prokurorluğunun müstəntiqi Abdulla Abdullayev icra başçısını müdafiə edərək onun çirkin əməllərini gizlədir və 75 yaşlı(11 uşaq anası) qəhraman ananı təhqir edən icra başçısını məsulliyətdən yayındırırlar”. Qafqaz Xəbər Agentliyi(qafqaznews.az) olaraq bu məsələni araşdırmaq üçün Eldəniz Quliyevlə əlaqə saxladıq və bu olanlara aydınlıq gətirməsini istədik. “2009-2010-cu illərdə Lerik-Kəlvəz yolunun kənarında bir qrup vətəndaşın torpağı “Azərenerji”nin planına düşüb. Heç bir xəbərdarlıq edilmədən İcra hakimiyyətinin və “Azərenerji”nin əməkdaşları tərəfindən mənim torpağımı əlimdən alıb, polis gücü ilə taxılımı dağıdıblar, kompensasiya ödəməyiblər. Bu torpaq bizə dövlət tərəfindən verilən pay torpağdır, əkin üçün istifadə edirik və bu torpağın dövlət aktı var. Həmin vaxt “Azərenerji” nin modul stansiyası tikiləcək bu əraziyə qurumun sədri Etibar Piriverdiyev və onunla bərabər SOCAR-ın nümayəndəsi və İcra başçısı gəldilər. Biz həmin ərazinin bizim olduğunu sənədlərlə göstərmək istəsək də icra başçısının göstərişi ilə polislər zorla bizi ordan uzaqlaşdırdılar. Sonra vətəndaşların bir neçəsinə başqa yerdən ev, bir neçəsinə sotu 1000 manatdan kompensasiya və bir qrupa isə başqa yerdən torpaq verdilər. Mənə də bir sənədlə başqa yerdən torpaq verdilər. Mən həmin yerə gedib baxdıqda torpağın yararsız olduğunu görüb qəbul etmədim. Bakıdan Torpaq və Xəritəçəkmə Komitəsindən də bir qrup nümayəndə gələrək mənə verilən sənədlərə baxdılar və bu sənədin saxta olduğunu qeyd etdilər. Bununla bağlı Prezident Aparatına, Baş prokurorluğa şikayət eləsəm də heç bir nəticəsi olmayıb”. Müxbirimiz məsələ ilə bağlı Lerik rayon icra başçısının müavini Cəlil Baxşıyev ilə əlaqə saxlayıb. İcra başçısının müavini Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) bildirib ki: “ Ola bilməz ki saxta sənəd olsun, ya da başqasının torpağı verilsin. Ola bilər ki, birinə yararsız digərinə yararsız torpaq verilsin..”. Lerik rayon torpaq şöbəsinin keçmiş (hazırda təqaüddədir) müdiri Azadxan Əsədullayev ilə əlaqə saxladıq. O, bildirdi ki: “ Həmin torpaq sahəsinə Dövlət Aktı Eldənizin qardaşı Tahirə verilmişdi. Onu da icra hakimiyyəti torpaqdan imtina etməyə razı salmılşdı”. Lerik Rayon İcra başçısının digər müavini Habil Məlikov isə qeyd etdi ki: “ Onun torpaq ərazisi Eldəniz Quliyevin öz razılığı ilə elektrik modul stansiyasının tikintisi üçün alınıb. Əvəzində ona daha yaxşı torpaq verilib”. Müxbirimizin “ Axı, Azadxan Əsədullayev deyir ki, o qol çəkməyib qardaşına qol çəkdiriblər” fikrinə başçının müavininin münasibəti belə oldu: “ Ola bilsin ki səhv edirəm. Bu məsələ 2007-ci ildə baş verib. İndi bilmirəm necədir”.

Geri dön