Ana Sayfa > Siyasət / Manşet > Beyləqan Məhkəməsində ara qarışıb
Beyləqan Məhkəməsində ara qarışıb6-06-2015, 06:48. Yazar: admin |
Redaksiyamıza yeni daxil olmuş məlumatlarda Beyləqan rayon Məhkəməsi sədrinin köməkçisi Yasin Əliyevin yarıtmaz fəaliyyətinə dair açıqlamalar təqdim olunur. İlk növbədə bildirilir ki, hakim Maşallah Şirvanovun sədlik etdiyi bu birinci instansiya məhkəməsində Yasin Əliyev daha çox tutduğu vəzifəsi ilə deyil, məhz malik olduğu mövqeyi ilə diqqəti cəlb edir. Belə ki, mənbələrin məlumatına görə 29 yaşlı Yasin Əliyev məhkəmə sədrinin köməkçisi vəzifəsinə nə təhsili və savadı ilə, nə də ümumiyyətlə heç kriterilərə görə qətiyyən uyğun deyil. Onun bu vəzifəyə təyinatı isə, Beyləqan 3 saylı orta məktəbində direktor işləyən anasının səyləri nəticəsində baş tutub. Bununla belə, qısa vaxt ərzində Yasin Əliyev bir çox digər həmkarlarının neqativ münasibəti müqabilində olsa belə, məhz Maşallah Şirvanovun “rəğbətini” qazana bilib. Bunun səbəbi isə sədr köməkçisinin bu gün Beyləqan məhkəməsində əsil “makler” funksiyalarını yerinə yetirməsindədir. Əldə etdiyimiz məlumatlara görə Beyləqan məhkəməsində pulla həll olunan bütün işlər birbaşa Yasin Əliyevin əlindən keçir. Hətta bu xüsusda ara-sıra yaşanan qalmaqallar belə, sədr köməkçisinin ümumilikdə “uğurlu” fəaliyyətinə xələl gətirə bilmir. Məsələn, mənbənin iddiasına görə, təxminən iki ay bundan əvvəl hərbi məhkəmədə hansısa bir işi “yoluna qoymaq” müqabilində Yasin Əliyev bir vətəndaşdan 20 min manat pul alıb. Amma həmin məbləğin yalnız 14 min manatı “təyinatı” üzrə xərclənib. Qalan 6 min manatı isə Yasin Əliyev özü götürüb. Necə olubsa, az sonra bu məsələnin üstü açılıb. Bundan sonra Beyləqan rayon məhkəməsinə gələn “müştəri” burada böyük qalmaqal yaradıb. Lakin ara sakitləşdikdən sonra, Yasin Əliyev öz fəaliyyətinə, heç nə baş verməyibmiş kimi davam edib. Ümumiyyətlə isə, deyilənlərə görə məhkəmə sədrinin köməkçisi müxtəlif növ qalmaqallara çox alışıqdır. Bu xüsusda mənbə bildirir ki, hazırda Yasin Əliyev Bahar Bağırova adlı, 45 yaşında bir xanımla qeyri-rəsmi nigahda yaşayır. Hətta bu münasibətlər artıq bir dəfə Yasin Əliyevin nişanının qaytarılmasına da səbəb olub. Bundan sonra köməkçi Xocavənd RTŞ-nin vəzifəli məmurlarından birinin qızı ilə nişanlanıb. Bahar Bağırova isə bu yeni izdivacdan xəbər tutarkən birbaşa Beyləqan rayon Məhkəməsinə gəlib və burada növbəti qalmaqal yaşanıb. Lakin bütün bunlar, qeyd olunduğu kimi Yasin Əliyevi qətiyyən narahat etmir. Onu maraqlandıran yeganə məqam şəxsi mənfəəti, əldə olunan gəlirlərdir. Yeri gəlmişkən, mənbələr bildirirlər ki, hal-hazırda Yasin Əliyev kommersiya fəaliyyəti ilə də məşğuldur. Belə ki, Beyləqan rayonunun mərkəzində, “İsmayıl Petrol” yanacaqdoldurma stansiyasının yanında yerləşən hərbi geyim mağazasının da məhz Yasin Əliyevə məxsus olduğu məlumatlarda əks olunur. Bundan başqa isə mənbə bildirir ki, Beyləqan rayon məhkəməsi sədrinin köməkçisi “Land Cruiser”, “Hyundai Sonata” və “Niva” markalı üç avtomobilin də sahibidir. Həmçinin əldə etdiyimiz daha bir maraqlı məlumat da Yasin Əliyevin Elgün adlı qardaşı ilə bağlıdır. Mənbə bildirir ki, hazırda Milli Təhlükəsizlik Nazirliyinin Beyləqan rayon şöbəsində sıravi əməkdaş kimi çalışan Elgün Əliyev, bir müddət bundan əvvəl rayon DYP şöbəsinin əməkdaşları tərəfindən sərxoş vəziyyətdə avtomobili idarə edərkən saxlanılıb. Lakin qaydalara əməl etmək istəməyən Elgün Əliyev DYP əməkdaşları ilə dava salıb. Nəticədə, hadisə protokollaşdırılıb və iş məhkəməyə göndərilib. Təbii ki, məhkəmədə də məsələyə Yasin Əliyev müdaxilə edib. Bundan sonra problem “artıq səs-küy qaldırılmadan” həll olunub. Yeri gəlmişkən, aldığımız məlumatlarda vurğulanır ki, Yasin Əliyevin özbaşınalıqları təkcə sadə vətəndaşları deyil, həmçinin Beyləqan rayon məhkəməsinin digər hakimlərini də son dərəcə narahat etməkdədir... Geri dön |