Ana Sayfa > Siyasət / Manşet > Gədəbəydə məmurların qiyamı ola bilər
Gədəbəydə məmurların qiyamı ola bilər27-05-2015, 10:43. Yazar: admin |
Heç indiyədək hardasa baş verən məmur özbaşınalıqlarından məhz elə məmurların özlərinin əziyyət çəkdiyini eşitmisiniz? Əgər eşitməmisinizsə, deməli siz Ramiz Yediyarovu tanımırsız. Çünki Gədəbəydə törətdiyi özbaşınalıqlarla nəinki sahibkarlara, fermerlərə və digər sadə vətəndaşlara, hətta dövlət qulluğunda çalışan kiçik və orta çinli məmurlara belə qan udduran Rayon İcra Hakimiyyətinin başçısı məhz Ramiz Yediyarovdur. Bu məmurun Gədəbəyə icra başçısı təyin olunduğu ilk günlərdən onun rayonun iqtisadiyyatını çökdürməyə, yerli iş adamlarını müflis duruma gətirməyə hesablanmış dağıdıcı fəaliyyəti hər kəsin gözü önündədir. Ramiz Yediyarovun bu yarıtmaz fəaliyyəti ilə rəhbərlik etdiyi rayonun bütün sahələrini iflic vəziyyətə gətirməsi, rayonda fəaliyyət göstərən bütün müəssisə və təşkilatlara “haqq” qoyması, sahibkarlara qarşı hər zaman qərəzli mövqe nümayiş etdirməsi və onun rəyi ilə yerli iş adamlarının incidilməsi konkret faktlarla dəfələrlə qeyd olunub. Aldığımız çoxsaylı rəy və şərhlərdə məmur özbaşınalıqlarından cana doymuş gədəbəylilər Ramiz Yediyarovun əsarətindən qurtulmaq üçün ölkə rəhbərliyinə dönə-dönə müraciət etməyə hazır olduqlarını bildirir, yuxarı instansiyalarda bu məsələnin həllinə həssaslıqla yanaşacaqlarına, nəzarətə götürülərək tədbir görüləcəyinə inandıqlarını vurğulayırlar. Aldığımız məlumatlarda bildirilir ki, rayon rəhbərliyinin torpaq və onunla baglı münasibətlər sisteminin tənzimlənməsi müstəvisində siyasəti də yarıtmazdır. Dövlət Ehtiyat Fonduna aid torpaq sahələrinin RİH başçısı tərəfindən istismara verilməsi, ETSN balansında olan ərazidə qadagan olunmuş fəaliyyət növü ilə məşgul olan subyektlərə “yaşıl işiq” yandırılması, habelə torpaq mülkiyyətçilərinə və kənd təsərrufatı məhsulları istehsalçılarına qarşı hüquq pozuntularına yol verilməsi Ramiz Yediyarovdan narazılıqları üsyan həddinə çatdırıb. Mənbələr vurğulayırlar ki, başçı rayonun ən münbit torpaqlarını öz qohumlarının və yaxın adamlarının adlarına alaraq sənədləşdirməklə məşğuldur. İcra başçısının gözünə xoş gələn torpaq sahəsinin artıq başqa bir şəxsə məxsus olduğu aşkarlandıqda isə, Ramiz Yediyarov bütün prinsipləri bir kənara ataraq, həmin ərazini sadəcə zor gücünə zəbt edir. Elə Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısının 16 iyun 1998-ci il 143 №-li sərəncamı ilə Səfərov Vaqif Qara oğlunun adına verilmiş torpaq sahəsi də bir müddət əvvəl Ramiz Yediyarov tərəfindən məhz bu cür zəbt olunmuşdu. Həmin ərazidə özü üçün Ticarət Mərkəzi tikdirmək qərarına gəlmiş başçı nə zəbt etdiyi torpağın, nə də onun üzərində olmuş və sonradan qeyri-qanuni olaraq sökülmüş obyektin əvəzində Vaqif Səfərova bir qəpik belə olsun kompensasiya ödəməmişdir. Bunun əvəzində isə həmin ərazidə özünə inşa etdirdiyi Ticarət Mərkəzinin işə salınması məqsədilə sonradan hələ bir çox iş adamları, ticarətlə məşğul olan vətəndaşlar da Vaqif Səfərovun acı aqibətini yaşamaq zorunda qoyuldular. Belə ki, öz məqsədinə çatmaq üçün Ramiz Yediyarov Gədəbəy şəhərində onlarla sahibkarın sənədli, özəl obyektlərini uçuraraq, onları özünün Ticarət Mərkəzinə köçməyə məcbur etmişdir. Qeyd etmək lazımdır ki, başçının tikdirdiyi Ticarət Mərkəzi bilavasitə yüksəkgərginlikli elektrik xətlərinin altında inşa olunduğundan, Fövqəladə Hallar Nazirliyinin müvafiq regional şöbəsi tərəfindən bu obyektin istismarına icazə belə verilməmişdir. Lakin vətəndaşlara məxsus olan torpaq və əmlakın zəruri hallarda alınmasının üsul və qaydalarına dair ölkə prezidentinin sərəncam və göstərişlərinə belə etinasızlıq nümayiş etdirən Ramiz Yediyarov üçün FHN-in qadağasının hansısa bir əhəmiyyət kəsb edəcəyini düşünmək belə sadəlövhlük olardı. Digər tərəfdən isə başçının Ticarət Mərkəzinin haqsızlıq və haramçılıq üzərində inşa edildiyi, çox keçmədən təbiətin özü tərəfindən də təsdiq olundu. Belə ki, bir müddət əvvəl Gədəbəydə əsən güclü külək kustar üsulla tikilmiş bu binanın damını uçurdu və yalnız ilahi təqdirdən bu olayda xəsarət alanlar olmadı. Ramiz Yediyarov isə bu hadisədən də ibrət almadı. Binada tez-tələsik təmir işləri görülərək, Ticarət Mərkəzini yenidən istifadəyə verilməsinə səylər göstərilir.Artıq qeyd olunduğu kimi Gədəbəydə xüsusi narazılıqlara səbəb olan məqamlardan biri də rayonda fəaliyyət göstərən bütün müəssisə və təşkilatlara başçı tərəfindən aylıq “haqq” qoyulması ilə bağlıdır. Bu xüsusda aldığımız məlumatlara görə Ramiz Yediyarov Gədəbəyin istisnasız olaraq bütün inzibati ərazi vahidləri üzrə nümayəndəliklərinə, bələdiyyə qurumlarına, idarə, müəssisə və təşkilatlarına, hətta orta məktəblərinə belə məcburi qaydad aylıq ödənişlər təyin edib. Bu ödənişlərin məbləği isə 1000-2000 manat arasında müəyyən edilib. Mənbələr bildirirlər ki, xüsusilə məktəb direktorlarından pul yığımlarının həyata keçirilməsi Gədəbəy təhsilinin son dərəcə tənəzzülə uğramasına səbəb olub. Belə ki, məktəb direktorlarından tələb olunan aylıq məbləğləri təmin etmək üçün həmin məktəblərdə dərs deyən müəllimlər faktiki olaraq öz məvaciblərindən məhrum olunurlar. Digər tərəfdən isə Ramiz Yediyarov həyata keçirdiyi aylıq yığımlarla da kifayətlənmir. Belə ki, başçının tələbi ilə Gədəbəydə il ərzində daha bir neçə “növbədən kənar” pul yığımları da təşkil olunur. Bu xüsusda dərc etdiyimiz son materialda da qeyd etdiyimiz kimi Ramiz Yediyarovun tapşırığına əsasən bu gün Gədəbəyin idarə və müəssisələrində, o cümlədən orta məktəblərdə növbəti pul yığımına start verilib. Həm bu dəfəki yığım indiyədək ortaya atılan səbəblərdən daha rüsvayçı, dövlətimizi və millətimizi xar edən bir bəhanə ilə həyata keçirilir. Məlumata görə, harınlığı və özbaşınalığı artıq son həddə çatmış Ramiz Yediyarov bu dəfə də pul yığımlarını guya ki, I Avropa Oyunlarının keçirilməsinə dəstək verilməsi məqsədilə həyata keçirir. Mənbə bildirir ki, bu əsasla hazırda məktəb müəllimlərinin hər birindən 80-100 manat məbləğində pul tutulur.Təbii ki, bu əməllər Ramiz Yediyarovun necə deyərlər, izafi xərclərini təmin etmək məqsədilə törədilir. İcra başçısının əsas qazanc mənbəyi isə hər zaman və ilk növbədə məhz dövlət vəsaitlərinin mənimsənilməsi olub.Rayondan aldığımız məlumatlarda bildirilir ki, bu məqsədlə Ramiz Yediyarovun və onun talançı komandasının ən çox tətbiq etdiyi maxinasiyalar rayonda həyata keçirilən yol çəkilişləri ilə bağlı olur. Bu barədə redaksiyamıza təqdim olunan açıqlamalardan birində deyilir: “Bir müddət əvvəl çəkilmiş Gədəbəy-Çalburun kənd yolunun eni 2 metr yarımdan yuxarı deyil. Ancaq Ramiz Yediyarov həmin yolun enini kağız üzərində 7 metr, qalınlığını isə iki dəfə artıraraq 18 sm göstərmişdir. Dünya təcrübəsindən bilirik ki, 1 kilometr yolun salınmasına təxminən 400-600 min dollar vəsait xərclənir. Və dünyanın heç bir ölkəsində 1 kilometrə 1 milyondan yuxarı pul xərclənmir. Ancaq adi bir kənd yolunun çəkilişinə Ramiz Yediyarov və əlaltıları guya 1 milyondan artıq vəsaiti xərcləyiblər. Dövlətin ayırdığı vəsaitləri Gədəbəydə bax beləcə mənimsəyirlər. Həmin yollar isə artıq darmadağın olmuşdur...”Yeni aldığımız digər bir məlumatda isə Ramiz Yediyarovun Gədəbəydə bina üzlükləri ilə bağlı həyata keçirdiyi maxinasiyalardan bəhs olunur. Bildirilir ki, Gədəbəy şəhərində bir çox yaşayış və inzibati binaların üzlənməsi üçün poliuretan tərkibli materiallardan istifadə olunmuşdur. Mənbənin iddiasına görə yuxarı instansiyaları və ictimaiyyəti aldatmaq məqsədilə ilkin olaraq daha keyfiyyətli və yanğına davamlı material seçilərək təqdim olunmuşdur. Lakin işlərin başlanması ərəfəsində şirkətlərə məhz daha ucuz və tezalışan tərkibə malik materialların alınması barədə göstəriş verilmişdir. Bundan xəbər tutan bəzi mütəxəssislər maxinasiya barədə Prezident Administrasiyasına məlumat vermək istəyiblər. Lakin Ramiz Yediyarov yerli hüquq-mühafizə orqanlarına həmin şəxslərin müvəqqəti də olsa həbs olunmaları barədə göstəriş vermişdir. Bu gün isə təhlükəli üzlüklərin təkrar sökülməsi də icra başçısı üçün əlavə gəlir qaynağına çevrilib.Gədəbəydə bütün bu baş verənlər son nəhayətdə təkcə sıravi vətəndaşların deyil, həmçinin dövlət məmurlarının da ciddi etirazlarına səbəb olub. Vertikal.az Geri dön |