Ana Sayfa > Siyasət / Manşet > Saatlı təhsilində uğursuzluq sindromu
Saatlı təhsilində uğursuzluq sindromu26-05-2015, 09:36. Yazar: admin |
Artıq ölkənin orta təhsil müəssisələrində növbəti dərs ili başa çatmaq üzrə olsa da Saatlı Təhsil Şöbəsinin yarıtmaz fəaliyyətindən bəhs edən şikayət məktubları redaksiyamıza daxil olmaqda davam edir. Həm də bu məktublarda dərs ilinin sonu ilə əlaqədar Saatlı RTŞ-nin müdiri Şamil Nurəliyevin rayon məktəblərində həyata keçirdiyi pul yığımlarını bir qədər də artırdığı vurğulanır. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, şöbə müdirinin tapşırığı ilə dərslərin bitməsinə bir müddət qalmış, məktəblərdə direktorlar müəyyən təmir işləri bəhanəsilə müəllimlərin maaşından müəyyən məbləğdə pul tuturlar. Amma əslində məktəblərdə heç bir təmir işləri aparılmır. Yığılan pullar isə sadəcə olaraq Şamil müəllimin şəxsi büdcəsinə mədaxil olunur. Ümumiyyətlə isə Saatlı RTŞ müdirinin müxtəlif bəhanələrlə rayonun məktəblərində çalışan müəllimləri mütəmadi olaraq “xərcə salması” artıq adi hala, hətta normaya çevrilib. Məsələn, bir müddət əvvəl aldığımız məlumatlardan birində qeyd olunmuşdu ki, Şamil Nurəliyev Maliyyə Nazirliyindən gəlmiş yoxlamanı yola salmaq üçün müəllimləri Kapital Bankdan kredit götürməyə məcbur edir. Belə ki, Maliyyə Nazirliyinin Saatlı Təhsil Şöbəsində yoxlamalara başlamasından az sonra şöbənin müdiri nazirliyin işçilərini yola salmaq bəhanəsilə məktəb direktorlarının hər birinə qarşı 3-5 min manat pul tələbi irəli sürmüşdü. Mənbənin bildirdiyinə görə, direktorların bəziləri bu pulu vermək imkanında olmadığını şöbə müdirinə çatdırsalar da, Şamil Nurəliyev onların etirazlarını qəbul etməyib. Bunun qarşılığında isə RTŞ müdiri direktorlara tələb olunan məbləği necə əldə etməyə dair maraqlı tövsiyyələr verib. Belə ki, şöbə müdirinin təkidi və tələbi ilə direktorlar müəllimləri Kapital Bankın yerli şöbəsindən kreditlər almağa məcbur ediblər. Bu xüsusda mətbuata açıqlama verən digər bir mənbə isə həmçinin belə bir iddia da irəli sürüb ki, Kapital Bankın Saatlı filialının rəhbəri Sakit Zahidovla Şamil Nurəliyevin şərikli biznesləri var. Rayonda bir sıra sahələr üzrə əməkdaşlıq edən bu şəxslər, həmçinin bank imkanlarından da yararlanırlar. Məlumata görə, bank filialından kredit götürən təhsil işçilərindən həmin pulun ən azı 15-20 faizi tutulur ki, bu məbləğ də şöbə müdiri ilə S.Zahidov arasında bölüşdürülür. Maraqlıdır ki, bu olay Şamil Nurəliyevin rəvac verdiyi yeganə “kredit maxinasiyası” deyil. Artıq qeyd olunduğu kimi Şamil Nurəliyev bu məqsədlər üçün hətta rəhbərlik etdiyi şöbənin möhüründən belə heç nədən çəkinmədən istifadə edir. Belə ki, daxil olan məlumata görə RTŞ müdiri Saatlı rayonunda yaşayan, lakin təhsil sahəsinə heç bir aidiyyatı olmayan şaxslərə də bu və ya digər təhsil müəssisəsində işləməsinə dair saxta arayışlar təqdim edir. Həmin şəxslər isə bu arayışlar əsasında “Bank Respublika”nın qonşu Sabirabad rayonunda fəaliyyət göstərən filialından kreditlət ala bilirlər. Həmçinin aldığımız məlumatda qeyd olunmuşdu ki, bu növbət maliyyə fırıldağı sxeminin qurucusu kimi Saatlı RTŞ-nin kadrlar şöbəsinin keçmiş rəisi Vidadi Məmmədov çıxış etmişdir. Son aldığımız məlumata görə isə bu maxinasiyalar üzrə bir neçə epizod artıq Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılır.Təbii ki, Şamil Nurəliyevin başı sürəkli olaraq pul yığımlarına qarışdıqca, Saatlının təhsil sistemi də tənəzzülə uğramaqdadır. Belə ki, məlumatlara görə ümumi orta təhsil bazası üzrə hazırda ən aşağı nəticə göstərən rayonlar sırasında Saatlı rayonu da yer alır. Belə ki, son illər ərzində bu rayondan ali məktəblərə qəbul olanların sayı da getdikcə aşağı düşür... Vertikal.az Geri dön |