Ana Sayfa > Siyasət > Rusiya, Ermənistan və Azərbaycanın nəqliyyat üzrə üçtərəfli görüş formatı müzakirə olunacaq

Rusiya, Ermənistan və Azərbaycanın nəqliyyat üzrə üçtərəfli görüş formatı müzakirə olunacaq


15-08-2025, 14:25. Yazar: admin


Azərbaycan, Rusiya və Ermənistanın nəqliyyat üzrə üçtərəfli görüşünün formatı müzakirə olunacaq.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.

"Hələlik müzakirə edəcəyik. Çünki əgər söhbət dəmir yollarının bərpasından, regionda nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasından gedirsə, onda üçtərəfli danışıqlar aparmaq daha uyğundur", - deyə o bildirib.

Qeyd edək ki, A. Overçuk bu gün verdiyi açıqlamalarında daha bir neçə məsələyə toxunub.

O, gələn həftə Ermənistana səfər edəcəyini, gələn həftə Rusiyada Azərbaycan nümayəndə heyəti ilə danışıqlar aparacağını, Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya səfərinin gözlənildiyini, habelə "Tramp marşrutu"nun yaradılması məsələsində Rusiyanın Ermənistanı dəstəklədiyini bildirib.
Geri dön