Ana Sayfa > Siyasət > Ərdoğanın Suriyanın paytaxtı Dəməşqə edəcəyi səfərin PƏRDƏARXASI MƏQAMLARI

Ərdoğanın Suriyanın paytaxtı Dəməşqə edəcəyi səfərin PƏRDƏARXASI MƏQAMLARI


Dünən, 22:26. Yazar: admin


"Dünya mediasında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Suriyanın paytaxtı Dəməşqə səfər edəcəyi bildirilir. Bu səfərin yaxın günlərdə planlaşdırılacağı və yüksək təhlükəsizlik şəraitində aparılacağı ilə paralel olaraq, cənab Ərdoğanın Əsəd rejimini devirən "Heyət Təhrir əş-Şam"ın lideri Əhməd Əş-Şaraa (Colani) və Suriya türkmənləri ilə görüşəcəyi də açıqlanıb".

Bunu Oxu.Az-a açıqlamasında türkiyəli politoloq İsmayıl Cingöz deyib.

Ərdoğanın Suriyanın paytaxtı Dəməşqə edəcəyi səfərin PƏRDƏARXASI MƏQAMLARI

Onun sözlərinə görə, proseslərin gedişatı baxımından bu, çox mühüm amildir:

"Heyət Təhrir əş-Şam" ABŞ Dövlət Departamentinin terror təşkilatları siyahısında idi. Lakin o da məlumdur ki, Avropa ölkələri, xüsusən də ABŞ tədricən bu təşkilatı terror siyahısından çıxarmağa hazırlaşır. Hətta beynəlxalq mətbuat da bununla bağlı təbliğata başlayıb. Başqa sözlə, HTŞ lideri Əhməd Əş-Şaraa hazırda Suriya lideri kimi hazırlanır. Cənab Ərdoğanın geosiyasi gediş etməsi və Əhməd Əş-Şaraa ilə görüşərək Türkiyənin ağırlığını praktiki olaraq hiss etdirməsi vacibdir. Çünki "meydanda deyilsənsə, masada da deyilsən" məntiqi ilə Türkiyə həm siyasi, həm də qarşıdakı dövrdə Azad Suriya Ordusu ilə birlikdə həm meydanda, həm də masada olmağa çalışır ki, Suriyanın dövlət idarəçiliyində, bütün ərazisinin qorunmasında və yeni sistemdə varlığını hiss etdirsin".

"Suriyaya səfərin dövlət başçısı səviyyəsində olması və Əhməd Əş-Şaraa ilə görüş Türkiyənin bu məsələyə nə qədər önəm verdiyini göstərir. Türkiyə PYD-YPG terror təşkilatını Suriyadan çıxarmaq və digər qruplar arasında vətəndaş müharibəsinin qarşısını almaq üçün intensiv səylər göstərir. Bunun bir nümunəsi əvvəllər Əfqanıstanda baş verib. Belə ki, rus ordusu Əfqanıstandan çıxarılandan sonra işğala qarşı mübarizə aparan bütün dəstələr bir-biri ilə vətəndaş müharibəsi aparmış, qanlı toqquşmalar yaşanmışdı. Türkiyə, Əfqanıstanda olduğu kimi, Suriyada da qrupların bir-biri ilə vuruşmasının qarşısını almaq, yeni vətəndaş müharibəsinin başlanmasının, ölkənin etnik və dini qarşıdurma meydanına çevrilməsinin qarşısını almaq üçün böyük səylər göstərir və bu, praktiki olaraq həyata keçirilir".

Ekspert əlavə edib ki, önümüzdəki dövrdə qurulacaq Suriya rəhbərliyinin Türkiyə ilə sıx dialoqu davam etdirməsi vacibdir:

"Suriyanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir, Türkiyənin sabitliyi Suriyanın sabitliyidir" məntiqi ilə hərəkət ediləcək. Rəsmi Ankara Suriyada qurulacaq yeni idarəetmə üsulunda türklər üçün təhsil haqları, sosial və mədəni hüquqların bu ölkənin yeni konstitusiyasında yer alması üçün səylərini davam etdirəcək. Ən əsası isə yeni konstitusiya bərabərhüquqlu bir dövlət qurmağı hədəfləyir və təbii ki, Türkiyə və Suriya xalqının daha yaxşı bir gələcəyə sülh yolu ilə getməsi üçün əhəmiyyət daşıyır".


Geri dön