Ana Sayfa > Siyasət / Manşet > Ağdamda pul yığımında Raqub Məmmədov – Rəşad Məhərrəmov – TANDEMİ

Ağdamda pul yığımında Raqub Məmmədov – Rəşad Məhərrəmov – TANDEMİ


22-05-2015, 09:13. Yazar: admin
Ağdamda pul yığımında Raqub Məmmədov – Rəşad Məhərrəmov – TANDEMİ
Ağdamda büdcə təşkilatlarından maliyyələşən, dövlətdən maliyyə alan şəxslər rayon Maliyyə Şöbəsinin sabiq müdiri Elşad Əhmədovun zülmündən qurtarmamış yeni bəlaya düşüblər.
Qeyd edək ki, ötən ilin noyabrında maliyyə naziri Samir əmri ilə Ağdam rayonu üzrə Maliyyə İdarəsinin rəisi Elşad Əhmədov işdə yol verdiyi nöqsanlara görə, o cümlədən dövlət büdcəsinin Ağdam rayonu üzrə yerli gəlir və xərclərinin tərtibi və icrası üzrə işləri tələb olunan səviyyədə yerinə yetirmədiyinə, büdcə və büdcədənkənar vəsaitlərin təyinatı üzrə xərclənməsinə zəif nəzarət etdiyinə görə tutduğu vəzifədən azad edilib.
Əslində isə E.Əhmədovun işdən azad edilməsinə səbəb onun neçə illər ərzində yol verdiyi korrupsiya və rüşvətxorluq halları olub. E.Əhmədovun qanunsuz əməlləri ilə bağlı çoxsaylı şikayətlər var idi. Onun fəaliyyətinə görə Maliyyə Nazirliyi də ciddi ittiham olunurdu. Sonunda S.Şərifov E.Əhmədovu işdən azad etməklə bu ittihamlardan yaxa qurtarmaq istədi.
Amma Ağdamdan gələn məlumatlar göstərir ki, E.Əhmədovun işdən azad edilməsi heç də bu rayonda maliyyə pozuntularını, büdcə təşkilatlarında çalışanların pullarının kəsilməsi hallarını dayandırmayıb. Rayon sakinlərinin Gunxeber.com-a bildirdiyinə görə, indi bu işi Maliyyə Şöbəsinin yeni müdiri Rəşad Məhərrəmov davam etdirir. Əvvəllər hərbiçi olduğu bildirilən R.Məhərrəmovun Maliyyə Nazirliyində işləyən qardaşı və Nazirlər Kabinetində çalışan yaxın qohumu vasitəsilə bu vəzifəyə təyinat aldığı bildirilir. Onun fəaliyyəti ilə bağlı verilən məlumatlarda iddia olunur ki, R.Məhərrəmov dövlət qurumalarından birbaşa pul yığmaqla yanaşı, büdcə təşkilatlarına böyük pul köçürmələrinin azı 20 faizini tutur.
Ağdamdan gələn şikayətdə qeyd edilir ki, R.Məhərrəmov bununa bağlı etiraz edənlərlə kobud davranır və bu işi rayonun yeni icra başçısı Raqub Məmmədovun göstərişi ilə həyata keçirdiyini, tutulan pulların heç də hamısını özünə götürmədiyini, bir hissəsini icra başçısı ilə böldüyünü, bir hissəsini isə nazirliyə göndərdiyini deyir.
Məlumatlarda artıq Ağdamın büdcədən maliyyələşən təşkilatlarının qısa müddətdətdə Raqub Məmmədov-Rəşad Məhərrəmov tandemindən cana doyduqları və prezidentə şikayət məktubu hazırladıqları bildirilir.

Şikayət müəlliflərinin iddiaları ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri dön