Ana Sayfa > Siyasət > Qərbi Azərbaycan İcması Fransız-alman Artekanalında yayımlanan reportajla bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcması Fransız-alman Artekanalında yayımlanan reportajla bağlı bəyanat yayıb


3-12-2023, 11:47. Yazar: admin


Fransız-alman Arte kanalının hazırladığı reportajda Qarabağdan olan ermənilərin Ermənistanın güclənib “Qarabağı geri alacağı” və “bütün türkləri öldürəcəkləri” barədə xəbis xülyaları yer alıb.

Bu barədə APA-ya Qərbi Azərbaycan İcmasından məlumat daxil olub.

Bu, bir daha ermənilərin məhz Azərbaycana qarşı etnik nifrətə, Azərbaycan bayrağı altında yaşamaq istəmədiklərinə görə Qarabağdan getdiklərini sübut edir.

Bu yaxınlarda Ermənistan cəmiyyətində azərbaycanlıların qayıdışının qəbuledilməz olması barədə verilən bəyanatlar, son illərdə Ermənistan müxalifətinin “Türksüz Ermənistan” şüarı altında minlərlə insanın iştirakı ilə paytaxt İrəvanda keçirdiyi aksiyalar erməni cəmiyyətinin Azərbaycanofobiya mərəzindən nəinki qurtula bilmədiyini, əksinə bu tendensiyanın daha da gücləndiyini göstərir. Özlərini hamıya beynəlxalq ictimaiyyət kimi sırımağa çalışan bəzi dövlətlər və təşkilatlar tərəfindən belə irqçi əməllərə reaksiya verilməməsi suallar doğurur. Fransa, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Freedom House, Amnesty International niyə bu halları pisləmir?

Əgər Ermənistan hakimiyyəti həqiqətən də Azərbaycanla davamlı sülhə nail olmaq istəyirsə, onda Ermənistan cəmiyyətində tüğyan edən təhlükəli Azərbaycanofobiyaya qarşı ciddi mübarizə aparmalıdır.
Geri dön