Ana Sayfa > Siyasət > Azərbaycan İran vətəndaşlarına beynəlxalq hava limanlarında viza verilməsini dayandırır

Azərbaycan İran vətəndaşlarına beynəlxalq hava limanlarında viza verilməsini dayandırır


16-06-2023, 22:59. Yazar: admin


23 iyun 2023-cü il tarixdən Azərbaycan İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdiriıməsini dayandırır.

Vertikal.az APA-ya istinadla xəbər verir, bu haqda İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumata əsasən, Azərbaycana səfər edəcək İran vətəndaşlarının öncədən “ASAN viza” almaları və ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan viza əldə etmələri xahiş olunur.

Eləcə də, Azərbaycanın İran ilə olan quru sərhədlərinin bağlı olduğu bir daha diqqətə çatdırılır.
Geri dön