Ana Sayfa > Siyasət > Kreml: Putin üçtərəfli görüşdən əvvəl Azərbaycan və Ermənistan liderləri ilə ayrılıqda danışacaq

Kreml: Putin üçtərəfli görüşdən əvvəl Azərbaycan və Ermənistan liderləri ilə ayrılıqda danışacaq


25-05-2023, 14:00. Yazar: admin


Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin əvvəl Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüş keçirəcək.

"Daha sonra isə üçtərəfli danışıqlar keçiriləcək", - Kremlin sözçüsü vurğulayıb.
Geri dön