Ana Sayfa > Siyasət / Manşet > Kreml yeni gərginlik fonunda Ermənistan və Azərbaycandan təmkinli yanaşma gözləyir
Kreml yeni gərginlik fonunda Ermənistan və Azərbaycandan təmkinli yanaşma gözləyir11-05-2023, 14:51. Yazar: admin |
Rusiya Federasiyası yeni eskalasiya fonunda Ermənistan və Azərbaycandan təmkinli yanaşma gözləyir. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, Ermənistan və Azərbaycan arasında yeni gərginlik fonunda Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla təmaslarının hazırda planlaşdırılmadığını qeyd edib. Kremlin sözçüsü 9 May Qələbə günü Ermənistanın Baş nazirinin səfəri zamanı Moskvada Putinlə Paşinyan arasında ayrıca söhbət olduğunu da xatırladıb. "Hələlik təmaslar planlaşdırılmır, amma təmaslar davam edir. Elə srağagün Putin Moskvada olan Paşinyanla ayrıca danışıb, Azərbaycan tərəfi ilə təmaslar davam edir. Rusiya üçtərəfli sənədlərə uyğun olaraq nəzərdə tutulan funksiyalarını yerinə yetirməkdə davam edir. Əlbəttə, biz tərəflərdən təmkinli yanaşma gözləyirik və gərginliyin artmasına səbəb ola biləcək hər hansı addım atmamağa çağırırıq. Bakı və İrəvanla təmaslarımızı davam etdirəcəyik", - deyə Kremlin sözçüsü yekunlaşdırıb. Geri dön |