Ana Sayfa > Siyasət > Zaxarova Ermənistanın Roma Statutuna qoşulma istəyini şərh etdi

Zaxarova Ermənistanın Roma Statutuna qoşulma istəyini şərh etdi


30-03-2023, 19:28. Yazar: admin
Zaxarova Ermənistanın Roma Statutuna qoşulma istəyini şərh etdi

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Ermənistan Konstitusiya Məhkəməsinin Roma Statutunun ölkə qanunlarına uyğunluğu ilə bağlı qərarını şərh edib.

O, brifinq zamanı News.ru portalının əməkdaşının müvafiq sualını cavablandırıb.

“Bu məsələ həm Moskvada, həm də İrəvanda yüksək səviyyəli təmaslar zamanı müzakirə predmetidir. Bu təmasların detallarını açıqlamağı məqsədəuyğun hesab etmirəm”, - deyə XİN rəsmisi bəyan edib.

Tədbir nazirliyin sosial şəbəkə səhifəsindən canlı olaraq yayımlanıb.

“Ümid edirik ki, bu məsələ müttəfiqlik ruhunda və qarşılıqlı faydalı əsaslarla həll olunacaq”, - Zaxarova əlavə edib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. Bu qərarın icrası Roma Statutuna qoşulan bütün ölkələr üçün məcburidir.
Geri dön