Ana Sayfa > Siyasət / Dünya > Tramp: “Üçüncü dünya müharibəsinin açarı məndədir”

Tramp: “Üçüncü dünya müharibəsinin açarı məndədir”


15-03-2023, 10:39. Yazar: admin


ABŞ-nin keçmiş prezidenti Donald Tramp özünü üçüncü dünya müharibəsinə imkan verməyəcək yeganə prezidentliyə namizəd adlandırıb.

Bu barədə o, Ayova ştatında tərəfdarlarının mitinqində çıxışı zamanı bəyan edib.

O, qlobal münaqişə ilə bağlı belə bir ssenarinin hazırlanacağına əmin olduğunu vurğulayıb və ABŞ-ni buna məhz indiki dövlət başçısı Co Baydenin administrasiyasının cəlb etdiyini deyib.

“Bu administrasiya ilə biz üçüncü dünya müharibəsinə gələcəyik, çünki onlar düzgün danışmağı, düzgün siqnallar göndərməyi bilmirlər. Yumşaq olmaq lazım olduqda sərt, sərt olmaq lazım olduqda isə yumşaq hərəkət edirlər. Onlar nə etdiklərini bilmirlər. Düzünü desəm, bu yolla biz üçüncü dünya müharibəsinə, Çin və başqaları ilə böyük müharibəyə gələcəyik”, - deyə eks-prezident bildirib.

Mənbə: Lenta.ru
Geri dön