Ana Sayfa > Siyasət > Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın iclası avqustun 30-da keçiriləcək

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın iclası avqustun 30-da keçiriləcək


25-08-2022, 13:50. Yazar: admin


Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli dövlət komissiyasının ikinci iclasının tarixi məlum olub.

APA Ermənistan KİV-inə istinadən xəbər verir ki, komissiyanın ikinci iclası avqustun 30-da Moskvada keçiriləcək.

Bu barədə məlumatı komissiyanın Ermənistan tərəfindən olan həmsədri, baş nazirin müavini Mqer Qriqoriyanın ofisi yayıb.

Qeyd edək ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli dövlət komissiyasının Azərbaycan tərəfdən həmsədri Baş nazirinin müavini Şahin Mustafayevdir.
Geri dön