Ana Sayfa > Siyasət > Azərbaycan və Çin XİN rəhbərlərinin telefon danışığı olub

Azərbaycan və Çin XİN rəhbərlərinin telefon danışığı olub


20-04-2022, 18:42. Yazar: admin


20 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Çin Xalq Respublikasının xarici işlər naziri Van İ arasında telefon danışığı baş tutub.

XİN-dən APA-ya verilən xəbərə görə, nazirlər iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafı üzrə fikir mübadiləsi aparıblar.
Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə qarşılılıq təbriklər ifadə edilib.

Nazir Ceyhun Bayramov Çin Xalq Respublikasının Qış Olimpiya Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi münasibətilə həmkarını təbrik edib. Nazir, ikitərəfli gündəliyin siyasi, iqtisadi, humanitar istiqamətlərdə uğurla inkişafını vurğulayıb və əlaqələrin daha da irəliləməsi üçün potensialın olduğunu bildirib. Xüsusilə də, Çin şirkətlərinin azad olunmuş ərazilərin bərpası prosesində iştirakı məmnunluqla qeyd edilib.

Nazir Van İ iki dövlət arasında əlaqələrin dinamik inkişafından məmnunluqla bəhs edib, bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Tərəflər, bir-birlərinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsi ilə bağlı prinsipial mövqeyi bir daha vurğulayıblar.

Telefon danışığı zamanı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və digər məsələlər müzakirə edilib.
Geri dön