Ana Sayfa > Siyasət > Kreml Azərbaycan və Ermənistanın sülh danışıqlarına başlamaq niyyətini müsbət qiymətləndirir

Kreml Azərbaycan və Ermənistanın sülh danışıqlarına başlamaq niyyətini müsbət qiymətləndirir


7-04-2022, 13:57. Yazar: admin


Rusiya Azərbaycan və Ermənistanın sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq niyyətini müsbət qiymətləndirir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Kreml bunu müsbət qiymətləndirir. Anlaşılandır ki, bu proses olduqca uzun çəkir. Lakin belə bir sənədin (müqavilənin-red.) bağlanmasına doğru irəliləyiş öz-özlüyündə müsbət faktdır və alqışlanır”, - Kremlin sözçüsü vurğulayıb.
Geri dön