Ana Sayfa > Siyasət > İrəvan Qarabağa gizli əsgər göndərir - Ermənistan odla oynayır

İrəvan Qarabağa gizli əsgər göndərir - Ermənistan odla oynayır


6-04-2022, 09:28. Yazar: admin
İrəvan Qarabağa gizli əsgər göndərir - Ermənistan odla oynayır

Kapitulyant ölkənin məkrli planı; Paşinyanın mötədil komandası “müharibə partiyası”na çevrilir? İrəvan yenə sülh dilini anlamasa...
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin nə vaxt imzalanacağı qeyri-müəyyən olaraq qalır. Sözsüz ki, əsas da İrəvanın davam edəm maksimalist mövqeyi üzündən. Erməni rəsmilər özlərini elə aparır ki, sanki 44 günlük müharibəni rüsvayçılıqla uduzan tərəf onlar deyil. Yəni sülh üçün daha çox çalışmalı, hətta yalvarmalı ikən, əksinə, Azərbaycan tərəfi qat-qat çox sülh prosesinə töhfə verir.

Ona görə yox ki, Bakı nədənsə çəkinir. O səbəbə ki, sülhpərvər ölkə olaraq Azərbaycan yeni müharibənin əleyhinədir və bölgədə daimi əməkdaşlıq və inteqrasiya mühitinin bərqərar olmasında maraqlıdır. Bu isə yalnız böyük sülh anlaşması imzalanandan, iki ölkə mövcud sərhədlər daxilində bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyandan sonra mümkün ola bilər. Belə bir müqavilə yoxsa, deməli, müharibə də bitməyib.

Söz düşmüşkən, bu arada məlum olub ki, Ermənistan hələ də Qarabağa gizlincə çağırışçı göndərməyə davam edir. Bu da növbəti fakt. “Yeni Müsavat”ın məlumatına görə, “Ermənistan” müxalifət blokunun deputatı Qeqam Manukyan bildirib ki, Ermənistandan çağırışçılar hələ də Qarabağda hərbi xidmət keçir.

“Bir çox erməni anaları ümid edirdilər ki, müharibə bitəndən sonra oğulları Qarabağda xidmət etməyəcək. Amma indi orada və daha pis şəraitdə xidmət edirlər. Hakimiyyət bizə yalan danışıb, çağırışçıları döyüş mövqelərinə göndərməmək vədini yerinə yetirməyib. Amma reallıqda valideynlər övladlarının əslində cəbhə bölgəsinə göndərildiyini görürlər”, - deyə Manukyan qeyd edib.

İrəvan təbii ki, bunu rəsmən boynuna almır. Ancaq təkzib də eləmir. Laçın dəhlizi Azərbaycanın ciddi nəzarətində olduğundan böyük ehtimalla, bu cür qanunsuz, 10 noyabr kapitulyasiya sənədinə tamamilə zidd təxribatçı əməllər kamifulyaj edilərək həyata keçirilir. Yəni erməni çağırışçılar mülki geyimdə Qarabağın anklav hissəsinə ötürülür.

Nikol Paşinyan'ın Çok Taraflı Dış Politikası — ANKASAM | Ankara Kriz ve Siyaset Araştırmaları Merkezi

Ötən həftəsonu baş nazir Nikol Paşinyanın işlətdiyi bir cümlə buna şübhə yeri saxlamır. Paşinyan iddia eləmişdi ki, “Qarabağdan erməni silahlı qüvvələri çıxsa, orada əhali qalmayacaq”. Yəni qanunsuz erməni silahlı dəstələrinin ərazimizdə qalmasına o, həm də bu cür haqq qazandırmağa çalışmışdı. Eyni zamanda həyasızcasına Azərbaycanı 10 noyabr sənədinin 4-cü bəndini yanlış anlamaqda suçlamışdı.

Ermənistan müdafiə nazirinin müavini Armen Sərkisyan isə iki gün öncə bəyan edib ki, “Fərrux kəndi və ətrafında baş verən insident hərtərəfli araşdırılacaq, kənd ətrafında vəziyyət dəyişməz və sabit” qalır, ancaq hər an yeni qarşıdurmalar başlaya bilər".

Azərbaycan Müdafiə Nazirliyi: "Fərrux kəndi və ətraf mövqelərdə heç bir dəyişiklik baş verməyib” - BBC News Azərbaycanca

Diqqət edin, müdafiə nazirinin müavini Fərrux kəndi haqda sanki Ermənistanın bir kəndi, sırf ermənilər yaşayan qanuni ərazisi kimi danışır, orada təhqiqat aparılacağından dəm vurur. Hansı əsasla? Bu, hələ Azərbaycana münasibətdə guya mötədil mövqe tutan Paşinyan komandasının üzvüdür. Bu o anlama gəlir ki, Paşinyanın partiyası yavaş-yavaş “müharibə partiyası”na çevrilir.

Beləcə, kapitulyant ölkə münaqişənin davam etdiyi görüntüsünü yaradıb vəziyyəti daim süni şəkildə dramatikləşdirməklə yanaşı, hər addımda Azərbaycana qarşı ərazi iddiasını ortaya qoyur. Bu gün başlayacaq Brüssel görüşündə də İrəvan sözsüz ki, eyni destruktiv ritorika ilə, pozucu gündəmlə, köhnə iddialarla gedir. Bu iddialara Qərbdən hərtərəfli dəstək, anlaşma gözləyir. Demək, ciddi irəliləyişin əldə olunması və sülh prosesinin irəli aparılması ehtimalı güclü deyil.

Bu isə əslində Azərbaycanla Ermənistan arasında konstruktiv vasitəçilikdə maraqlı olmayan, konfliktin bu və ya başqa dərəcədə qalmasını istəyən Rusiyanın əlinə işləməkdir. Başqa sözlə, “qərbçi” Nikol Paşinyan bəlkə heç özü də bilmədən sülh prosesinə əngəl olmaqla müstəsna olaraq Kremlin bölgədəki uzunmüddətli maraqlarına xidmət edir.


Şok: İrəvan Qarabağa əsgər göndərir – VİDEO | No Comment

Avropaya, Qərbə isə sakitliyin və sabitliyin hökm sürdüyü Cənubi Qafqaz lazımdır ki, onun da yolu regionun bütün ölkələrinin bir-birinin ərazi bütövlüyü və suverenliyini qeyd-şərtsiz tanımasından keçir. Bu, hər şeydən öncə Avropanın Rusiya ilə uzunmüddətli qarşıdurması dövründə ona özünün energetik təhlükəsizliyini ciddi zəmanət altına almaq üçün vacibdir.

Aydındır ki, davam edən müharibə riski bölgədən Avropaya uzanan hazırkı və yeni neft-qaz kəmərlərinə və layihələrinə Rusiya amili də daxil, potensial təhlükə olaraq qalacaq. Avropanın yaxın illərdə Rusiyadan energetik asılılığına son qoymağa çalışdığı bir məqamda bu hədəf Brüssel üçün az qala, həyati önəm daşıyır və yəqin ki, bugünkü Əliyev-Paşinyan görüşündə də imperativ olaraq özünü büruzə verəcək.

Müşahidəçilər həmçinin bir şeyə əmindirlər: Cənubi Qafqaz bölgəsinin inkişafı üçün strateji əhəmiyyət kəsb edən nəqliyyat əlaqələrinin açılması Avropa üçün də yeni imkanlar açacaq. Bu isə öz növbəsində yeni irimiqyaslı iqtisadi layihələrin həyata keçirilməsinə töhfə verə və region ölkələrindən Avropaya gedən ticarət yollarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.

Deməli, məntiqlə Qərbin Bakı ilə sülh müqaviləsinin imzalanması yönündə rəsmi İrəvana təzyiqləri artıracağını gözləməliyik. Artacaqmı? Təhlükəli sülh oyunu oynamağa davam edən və bununla da müharibə ehtimalını gündəmdən çıxmağa qoymayan “qərbçi” Paşinyanın ağzından, əlindən vurulacaqmı?..
Geri dön