Ana Sayfa > Siyasət > Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə planlaşdırılan görüşü ilə bağlı mühüm bəyanat gözlənilir
Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə planlaşdırılan görüşü ilə bağlı mühüm bəyanat gözlənilir5-04-2022, 17:11. Yazar: admin |
Azərbaycan və Ermənistan liderlərinin Belçikanın Brüssel şəhərində planlaşdırılan görüşü ilə bağlı mühüm bəyanat gözlənilir. Polşanın Ermənistandakı səfiri Pavel Çeplak bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bəyanatı ATƏT-in Vyanadan olan mətbuat katibi səsləndirəcək. “Razılığa əsasən, ilk bəyanatı ATƏT nümayəndəsi verəcək və ümid edirəm ki, o, müsbət olacaq. Bu mərhələdə nəsə vəd etmək qeyri-real olardı. Gəlin, bəyanatı gözləyək”, - deyə diplomat qeyd edib. O, Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında danışıqların gündəliyində duran məsələlər barədə məlumat verməyib. Səfir əlavə edib ki, ATƏT-in Minsk qrupunun formatının bərpası məsələsi Azərbaycan və Ermənistanla müzakirə olunub. Xatırladılır ki, aprelin 6-da Belçikanın paytaxtında Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının Prezidenti Şarl Mişel arasında birgə görüş keçiriləcək. Ermənistan hökumətinin başçısı deyib ki, o, sülh danışıqlarının başlanması məsələlərini Azərbaycan Prezidenti ilə razılaşdırmaq niyyətindədir. Mənbə: Sputnik Ermənistan Geri dön |