Ana Sayfa > Siyasət > "Rusiya bunun əziyyətini azı 8-10 il çəkəcək": İtkiləri trilyona yaxınlaşır
"Rusiya bunun əziyyətini azı 8-10 il çəkəcək": İtkiləri trilyona yaxınlaşır31-03-2022, 12:17. Yazar: admin |
Rusiya ordusu müharibədə inanılmaz itkilər verir. Həlak olan hərbçilərin sayı 18 min nəfərə yaxınlaşır. Minlərlə hərbi texnika sıradan çıxıb. Təkcə 605 tank, 7 gəmi məhv olub. 131 təyyarə alova bürünüb. Elə bu qədər də helikopter “canını tapşırıb”. Bizimyol.info xəbər verir ki, Rusiyanın müharibədəki maddi itkisi trilyon dollara yaxınlaşır. Hərbi ekspert Vitali Kevlyuk ilk ayın Kremlə 623 milyard dollara başa gəldiyini hesablayıb. Müdafiə strategiyaları mərkəzinin mütəxəssisi Rusiyanın bəlli zaman kəsiyində ABŞ-ın Vyetnamda xərclədiyindən iki dəfə çox itirdiyini bildirir. “Hələ bu hamısı deyil. Açıqlanmışdı ki, həlak olan hər hərbçinin ailəsinə 7.4 milyon rubl birdəfəlik vəsait veriləcək. Başqa xərclərə görə də 5 milyon rubl. Üstəlik, yaralıların hər birinə 3 milyon rubl ödənməlidir. Qərb ekspertləri 6 milyard dollarlıq hərbi texnikanın məhv edildiyini açıqlayıb. Əməliyyat xərcləri də 20 milyard dollardan az olmaz. Nəzərə alaq ki, müharibəyə qədər Rusiya Mərkəzi Bankının valyuta ehtiyatları 643.2 milyard dollar idi. İndi vəziyyəti özünüz təsəvvür edin”. Vitali Kevlyuk ABŞ-ın hərbi əməliyyatları ilə müqayisə aparıb. Vaşinqton Fars körfəzində 7 ay ərzində 116.6 milyard dollar xərcləyib. Koreya müharibəsi daha çox pul aparıb (389.8 milyard dollar). Amma nəzərə almaq lazımdır ki, həmin savaş 37 ay sürmüşdü. Vyetnamda 17 il 9 ay ərzində cəmi 843.6 milyard dollar xərclənmişdi. Nisbətən çox İraq müharibəsinə gedib. Orada 1 trilyondan azacıq çox itki olmuşdu. “Rusiya bu gedişlə çox duruş gətirə bilməyəcək. Uzağı iki ay hərbi xərcləri sığortalamaq olar. Hələ itkiləri sonradan bərpa etmək var. Rusiya ildə uzağı 80 tank istehsal edə bilər. Azı 7 il lazımdır ki, Ukraynada məhv olan tankların yeri doldurulsun. Rusiya müharibənini ilk ayının əziyyətini azı 8-10 il çəkəcək”. Geri dön |