Ana Sayfa > Siyasət > Türkiyə XİN başçısı: “Ermənistanla normallaşma prosesini Azərbaycanla müzakirə edirik”

Türkiyə XİN başçısı: “Ermənistanla normallaşma prosesini Azərbaycanla müzakirə edirik”


31-03-2022, 12:08. Yazar: admin


“Ermənistanla normallaşma prosesini Azərbaycan dəstəkləyir”.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Azərbaycana son səfərində də Prezident İlham Əliyev normallaşma prosesini dəstəklədiyini bildirib.

“Biz bütün addımlarımızı Azərbaycanla müzakirə edirik. Savaş bitəndən sonra mühüm addımlar atılmalıdır. Ermənistan da bizimlə eyni fikirdə olsa, onlarla razılaşmalar mümkündür. Xüsusi nümayəndələrimiz var. Onlar iki dəfə görüşüblər, mütəmadi olaraq telefonla danışırlar. Aviareyslər açılıb, ticarətdə bəzi addımlar atılır. Bizim etdiyimiz jestlər var. Dəmir və avtomobil yolları ilə bağlı çalışmalar var. Siyasi təmaslarımız davam edir”, - Çavuşoğlu qeyd edib.
Geri dön