Ana Sayfa > Siyasət > Rusiya tankları Ukraynada əzilir, indi onların müasir döyüşlərdə yeri varmı

Rusiya tankları Ukraynada əzilir, indi onların müasir döyüşlərdə yeri varmı


23-03-2022, 21:02. Yazar: admin

Rusiya tankları Ukraynada əzilir, indi onların müasir döyüşlərdə yeri varmı
ABŞ-ın nüfuzlu qəzet və saytları Azərbaycanın Qarabağdakı zəfərinin müasir müharibə ilə bağlı bütün təsəvvür və strategiyaları dəyişdirdiyini yazıb
Azərbaycanın Vətən müharibəsində Ermənistan üzərində qələbəsi müasir döyüş əməliyyatlarının necə aparılmalı olduğu ilə bağlı həm hərb dərsliklərinə, həm də bu işlə məşğul olan ekspertlər üçün əsl material verib.
Rusiya tankları Ukraynada əzilir, indi onların müasir döyüşlərdə yeri varmı
Bunu ABŞ-ın nüfuzlu “washingtonpost.com” saytında müəllif Maks Butn imzası ilə çıxan “Rusiya tankları Ukraynada əzilir, indi onların müasir döyüşlərdə yeri varmı?” başlıqlı məqalədə, həmçinin “vice.com” saytında “Dağılmış tanklardakı "donuz qəfəsləri" Rusiyanın hərbi uğursuzluqlarının simvoludur” adlı yazıda bu mövzuya toxunulub.
Rusiya tankları Ukraynada əzilir, indi onların müasir döyüşlərdə yeri varmı
Musavat.com hər iki yazıdan mühüm yerləri sırasıyla təqdim edir.

“The Washingtonpost.com”- “Rusiya tankları Ukraynada əzilir, indi onların müasir döyüşlərdə yeri varmı?”

Rusiya tankları Ukraynada əzilir, indi onların müasir döyüşlərdə yeri varmı


“Rusiya-Ukrayna müharibəsi hələ də bütün şiddəti ilə davam edir və nəticəsi hələ bəlli deyil. Öyrənilən dərslər haqqında qəti nəticə çıxarmaq da tezdir. Ancaq bu günə qədər gördüklərimiz artıq hərbi dairələrdə gələcək müharibələrlə bağlı yeni mübahisələri özü ilə bərabər gətirib. Bu xüsusən tanklarıın “quru savaşların kralı” kimi səksən illik hakimiyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlıdır.

ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri G.R.MakMasterin hazırladığı 2017-ci il “Milli Təhlükəsizlik Strategiyası”nda və müdafiə naziri Cim Mettisin tərtib etdiyi 2018-ci il “Milli Müdafiə Strategiyası”nda göstərdiyi arqumentlər bununla bağlı ekspertlər tərəfindən söylənilənləri təsdiqləyir. Sənədlərin hər ikisində “İndi ABŞ-ın milli təhlükəsizliyinin əsas probleminin terrorizm deyil, dövlətlərarası strateji rəqabət” olduğu bildirilib. Hər iki sənəddə əsas təhlükənin Rusiyadan gəldiyini qeyd olunub. Milli Təhlükəsizlik Strategiyasında deyildiyi kimi, “Rusiya özünün böyük dövlət statusunu bərpa etməyə və sərhədlərinə yaxın nüfuz dairələrini yaratmağa çalışır”.

Maraqlıdır ki, Milli strategiyadakı bu dəyişikliklə ABŞ Quru qoşunları və Dəniz piyadaları korpusu tama ayrı xətt götürdülər. Quru qoşunları hərbi əməliyyatlarda zirehli birləşmələrin ikiqat artırılmasını istəyir. ABŞ Dəniz Piyadaları Korpusu isə fərqli bir yol tutaraq, tanklardan vaz keçmiş və Sakit okeanın qərbində Çin gəmiləri və təyyarələrinə qarşı daşına bilən raketlərdən istifadə strategiyasına üstünlük vermişdi. İki qərarın da nə dərəcədə əsaslı olub-olmaması Ukrayna hadisələri zamanı bu və ya dərəcədə ciddi sınağa məruz qaldı.
Rusiya tankları Ukraynada əzilir, indi onların müasir döyüşlərdə yeri varmı


Rusların çoxlu sayda tank və zirehli döyüş maşınlarından istifadə etməklə hücuma keçməsi, onların döyüş meydanındakı əhəmiyyətini göstərir. Lakin Rusiya ordusunun dəmir texnkası həm Amerikanın “Javelin” və Britaniya “NLAW” kimi güclü əl tipli tank əleyhinə raketlərlə silahlanmış Ukrayna qoşunları tərəfindən böyük itkilərə məruz qoyuldu. Ukraynalılar tank əleyhinə raketlərin buraxılması üçün Türkiyənin “Bayraktar TB2” pilotsuz təyyarələrindən də uğurla istifadə edirlər. Gələn informasiyalara əsasən, Rusiyanın 1600-dən çox texnika və avadanlığı, o cümlədən 300-ə yaxın tank və 500-dən çox digər növ zirehli hərbi texnikası döyüş meydanında vurulub.

Birləşmiş Ştatlar ukraynalıları “Cavelin”lərlə bərabər, həm də “havada gəzən sursat” kimi tanınan 100 ədəd “Switchblade” kamikadze pilotsuz təyyarə ilə də təmin edib. Bütün bunlar rusların daha böyük itkilərə məruz qalması ehtimalını artırır. Bilindiyi üzrə “TB2 Bayraktar” pilotsuz uçan aparatları və İsrail istehsalı olan kamikadze dronlarının Azərbaycanın 2020-ci ildə Ermənistana qarşı savaşda qələbə qazanmasında böyük rolu olub. Ermənistanın döyüş maşınlarının 47 faizi (əslində 80%- Musavat.com) məhv edilib və ya sıradan çıxarılıb.

“The Army Times” saytı Azərbaycan-Ermənstan müharibəsinin “zireh” tərəfdarlarına və əlyehdarlarının əlinə bir çox arqument verdiyini yazır.

...Görünür, Rusiya-Ukrayna müharibəsi müzakirələrin daha da qızışmasına gətirib çıxaracaq.



Bəziləri artıq “tanklar və zirehli maşınların dövrünün keçdiyini bəyan edir. Bu rəyi müdafiə edənlərin fikrincə bu tip texnikalar həm çox bahalıdır, həm də müxtəlif yüngül tank əleyhinə sistemlərin və ya dronların asan hədəfinə çevrilməkdədir. Ancaq bəzi hərbi mütəxəsssilər bu məsələ ilə bağlı verdikləri rəylərdə tələsik qərar verilməsinin əleyhinə olduqlarını söyləyirlər. Britaniya ordusunun keçmiş zabiti Nikolas Drammondun yazdığı kimi: “Rusiyanın uğursuz taktikaları tankların dəhşətli reklamına çevrilib. Ancaq səhv nəticə çıxarmamaq üçün diqqətli olmalıyıq. Nəzərə almaq lazımdır ki, Ukraynada Rusiya tanklarının artilleriya, piyada, hava dəstəyi yoxdur. Çoxşaxəli əməliyyatlar dövründə birləşmiş qoşunların taktikası fərqli işləyir”.

Bəzi ekspertlərin fikrincə, Rusiya tankları piyada, artilleriya və aviasiya ilə daha yaxşı dəstəklənsəydi, onlar tank əleyhinə silahlarla silahlanmış Ukrayna piyadalarının “vur-qaç” taktikası qarşısında bu qədər zəif qalmazdılar.

Hərbi ekspertlər zirehli texnikanın hücum əməliyyatları zamanı döyüş meydanında mühüm rol oynaması fikrinə etiraz etmirlər. Məsələn Avstraliya Ordusunun istefada olan general-mayoru Mik Rayan “tankla təhciz olunmuş quru qüvvələrinin tarixi nailiyyətlərinin, tanksız hərəkət edən qoşunlarla müqayisədə daha səmərəli olduğunu bildirib. “Əgər tanklarınız varsa, daha az əsgər itirirsiniz və uğur qazanmaq şansınız daha yüksəkdir. Lakin onlar əməliyyatlarda digər qoşun növləri ilə bilrlikdə istifadə olunmalıdır”,-deyə Avstraliya generalı qeyd edib.

Beləliklə, məsələ gələcəkdə orduların tərkibində tanklarının olub-olmaması deyil, onların necə istifadə olunması ilə bağlıdır. ABŞ Ordusu “M1A2 Abrams” tanklarını pilotsuz uçuş aparatlarından müdafiə etmək üçün İsrail tərəfindən hazırlanmış “Trophy” aktiv müdafiə sisteminə, tankların gediş yollarındakı bombalara qarşı mübarizə üçün quraşdırılan elektron döyüş cihazlarına və ballistik zirehlərin təkmilləşdirilməsinə 4,62 milyard dollar xərcləyir. Bəs bu 40 yaşlı, 80 tonluq begemotlar çox baha və əlverişsiz deyilmi? İndi ABŞ quru qoşunları pilotsuz yerüstü nəqliyyat vasitələri ilə birlikdə yüngül tankların hazırlanması üzərinə çalışır.

Bəzi ekspertlər, “Abrams”ların yeni tanklarla deyil, birlikdə hərəkət edən insanlı və pilotsuz nəqliyyat vasitələri ilə əvəzlənməsini təklif edirlər.

Lakin zirehli maşınlarla bağlı mübahisədə bütün tərəflərin uzlaşdığı tək nöqtə Rusiyanın öz tanklarından zəif istifadə etməsi, Ukraynanın isə Rusiyanın bu səriştəsizliyindən məharətlə yararlanması faktıdır.

***

Dağılmış tanklardakı "donuz qəfəslər" Rusiyanın hərbi uğursuzluqlarının simvoludur

“The vice.com” saytında müəllif Metyu Qoldun imzası ilə məqalənin başlığı belədir.



“Rusiya ordusunun minlərlə tankı var. Lakin bunların hamısı "Javelin" və digər tank əleyhinə silahlarla silahlanmış ukraynalılar qarşısında zəifdir. Ukraynada müharibəyə başlamazdan əvvəl Rusiya öz tanklarının qülləsinə müvəqqəti taxtalar qaynaq edərək problemi həll etməyə çalışırdı. Lakin Rusiya tanklarına quraşdırılan bu “qəribə əlavələrin”, Ukrayna döyüş sursatlarının zərbələrinin qarşısının alınmasında heç bir köməyi olmadı.

İlk bu cür “qəfəslər” 2021-ci ilin noyabrında Krıma daxil olan Rusiya T-80 tanklarında göründü. Həmin vaxta aid bir TikTok videosunda T-80-in qülləsinin bağ evlərinin masasına bənzəyən qəribə metal qəfəs ilə örtüldüyü görünmüşdü. Ancaq Ukrayna savaşı həmin təcrübənin uğursuz olduğunu göstərdi.

“The Drive” saytının eksperti Tomas Nyudikin qeyd etdiyi kimi, çərçivə qəfəslər çox güman ki, Azərbaycan və Ermənistan arasında son müharibədə erməni tanklarının məhv edilməsindən sonra qoyulub. Müharibə zamanı Azərbaycan silahlı qüvvələri hazırda Ukraynanın da əlində olan silahlardan istifadə etməklə erməni texnikasını yox edib”....

Müəllif əzilmiş rus tanklarının indi internet istifadçilərinin əlində əsl memə çevrildiyini yazıb.
Geri dön