Ana Sayfa > Siyasət > Ermənistan 10 noyabr və 11 yanvar anlaşmasından imtina edir - DETALLAR
Ermənistan 10 noyabr və 11 yanvar anlaşmasından imtina edir - DETALLAR17-03-2022, 11:50. Yazar: admin |
İxtiyari məsələyə hər bir xalqın spesifik baxışı var. Məsələn, Ukraynada baş verənlərə bizim baxışımızla avropalıların baxışı qətiyyən uzlaşmır. Biz Ukrayna hadisələrinə ümumbəşəri prizmadan və insanlıq nöqteyi-nəzərindən baxırıq. Bu gün azərbaycanlıların 95 faizi mənən ukraynalıların yanındadır. Lakin amerikalılar, fransızlar, ispanlar hətta çexlər Ukrayna olaylarına başqa cür yanaşırlar. Onların baxışları insanlıqdan daha çox milli və dövləti maraqlara söykənir. Hələ bədnam qonşularımız erməniləri demirəm. Bu gün ermənilərin ən azı 50 faizi Rusiyanın tərəfini tutur. Tərəf tutmaq azdır. Bu münaqişədən özləri üçün pay da qoparmaq istəyirlər. Tarixən ermənilər bütün müharibələrdə və münaqişələrdə aktivləşiblər. Milli maraqları üçün ortaya atılıblar. Birinci və İkincü Dünya müharibəsində də belə olub, SSRİ dağılanda da belə olub, indi də belədir. Hər zaman ruslara tulalıq edən ermənilər indiki dar macalda da ruslara hürürlər.Üstəlik, onların yanında olduqlarını söyləməyin əvəzi üçün Moskvadan nəsə tələb edirlər. Məsələn, son günlər ermənilər həm təmas xəttində, həm də diplomatik sahədə xeyli fəallaşıblar. Azərbaycana təzyiqi artırmaq və Qarabağ münaqişəsini yenidən alovlandırmaq üçün bütün ermənilər ayağa qalxıblar.Ermənilər bir tərəfdən Moskvadan əlavə dividentlər qoparmaq istəyir, digər tərəfdən isə Qarabağ problemini Rusiyanın başı üzərindən yenidən Avpopaya daşımaq istəyirlər. Ermənilərin Avropa sevdası da təsadüfi deyil. Məlumdur ki, Fransa Rusiyadan sonra ermənilərin ən böyük himayədarıdır. Fransa növbəti prezident seçkilərinə hazırlaşır. Fransada keçirilən seçkilərdə isə erməni diasporu hər zaman aktiv rol oynayıb. Bu dəfə də erməni diasporu seçki ərəfəsində Makrondan Ermənistanın lehinə qərarların qəbulu üçün hərəkətə keçiblər. Onların Makrondan əsas istəklərindən biri qısa zamanda ATƏT-in Minsk Qrupunun dirçəldilməsidir. Çünki 25 illik təcrübə göstərdi ki, Minsk Qrupu hər zaman ermənilərin mövqeyindən çıxış edib. Ona görə də həm erməni diasporu, həm də rəsmi İrəvan Minsk Qrupunun fəaliyyətə başlamasında çox maraqlıdır. Ermənilərin fikrincə, Minsk Qrupu fəaliyyətə başlayarsa, 10 noyabr anlaşması və 11 yanvar Bəyannaməsi öz hüquqi qüvvəsini itirər və bu bəd niyyətlərini heç gizlətmirlər də. Məsələn, bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan tərəfinin təklif etdiyi 5 maddədən ibarət təkliflər paketini şərh edərkən dedi ki, “biz Azərbaycanının təkliflərinə baxa bilərik. Lakin bu müzakirələr ATƏT-in Minsk Qrupu çərçivəsində ola bilər”. Mirzoyanın bu fikirləri açıq şəkildə göstərir ki, Ermənistan 10 noyabr Anlaşmasından və 11 yanvar Bəyanatından birtərəfli qaydada boyun qaçırır. Azərbaycanla imzalanacaq sülh müqaviləsindən isə heç danışılmır. Sanki tarixin təkəri 30 il geriyə dönüb. 1992-ci ilin yanvarını yaşayırıq. Onda da vəziyyət belə idi. Qarabağda ermənilərin yaşadığı bütün ərazilərdə heç bir Azərbaycan qanunu işləmirdi.Rusiyaya sığınan erməni separatçıları Xankəndidə gündə bir anti-Azərbaycan bəyanatı verirdilər. İndi də Xankəndidə ermənilər tez-tez mövqelərimizi atəşə tutur, müxtəlif bəyanatlar səsləndirir, ən əsası o vaxtkı kimi yenə də ruslara “stavka” edirlər. Hələ bu harasıdır. Bu günlərdə Avropa Parlamentində Azərbaycan əleyhinə “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamə qəbul edildi. Qətnamənin 635 deputat lehinə, 2 deputat əleyhinə səs verib, 42 nəfər səs verməkdən çəkinib. Ən pisi də odur ki, Qətnamədə qeyd olunub ki, “Azərbaycan tarix boyu Qarabağdakı erməni mədəni irsini Alban tarixi abidələri kimi təqdim edib. Bu, yolverilməzdir”. Göründüyü kimi, Qətnamə birbaşa İrəvanda hazırlanıb və nöqtəsinə, vergülünə toxunmadan birbaşa səsverməyə çıxarılıb. Bu məsələdə maraq doğuran digər məqam odur ki, səsvermədə Azərbaycan nümayəndə heyətinin mövqeyi bilinmir. Cəmi 2 nəfər sənədin əleyhinə səs verib. Yəqin ki, onlar da azərbaycanlı deyil. Bəs, onda bizim bərk gedən deputatlarımız səsvermə zamanı harada olublar? Yəqin ki, başları alverə qarışıbmış. Bəli, ermənilər bütün vasitələrdən, o cümlədən Ukrayna münaqişəsindən istifadə edərək iş görür, Azərbaycanın ərazi bütövlüyü üçün yeni təhlükələr yaradırlar. Biz isə 44 günlük Qələbənin eyforiyasında Ukraynalıların dərdini ağlayırıq. Allah axırımızı xeyirli eləsin! Surxay Atakişiyev, KONKRET.az Geri dön |