Ana Sayfa > Siyasət > "Hökumət tərəfindən tədbirlər planının hazırlanmasına ehtiyac var" - Deputatdan ÇAĞIRIŞ

"Hökumət tərəfindən tədbirlər planının hazırlanmasına ehtiyac var" - Deputatdan ÇAĞIRIŞ


15-03-2022, 12:37. Yazar: admin
"Hökumət tərəfindən tədbirlər planının hazırlanmasına ehtiyac var" - Deputatdan ÇAĞIRIŞ

“İsrafçılıq, demək olar, bütün sahələrdə var. İsrafçılığın qarşısının alınması üçün hökumət tərəfindən tədbirlər planının hazırlanmasına ehtiyac var”. DİA.AZ APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Tahir Rzayev deyib.

Deputat bildirib ki, toylarda süfrəyə 15-16 növ ərzaq məhsulu qoyulur: “Aydındır ki, bunun hamısını yeyə bilmərik. Bu, sadəcə, israfçılıqdır. Digər tərəfdən, deyirlər ki, bunun qalan hissəsini sabah yenidən süfrəyə qoyacağıq. Bu da qida təhlükəsizliyi baxımından uyğun deyil və AQTA-nın işini artırır. Ümumiyyətlə, digər sahələrdə də belə israfçılığa yol veririk. Hazırda dünyanı ən çox narahat edən problemlərdən biri də ərzaq təhlükəsizliyidir. Ərzaq qıtlığı artıq bir çox ölkədə yaşanır. Ona görə də hökuməti israfçılığın qarşısını almaqla bağlı addımlar atmağa çağırıram”.
Geri dön