Ana Sayfa > Siyasət / Manşet > Polis rəisliyindən icra başçısı vəzifəsinə gedən yol
Polis rəisliyindən icra başçısı vəzifəsinə gedən yol14-05-2015, 09:21. Yazar: admin |
Son vaxtlar Laçın Rayon İcra hakimiyyətinin başçısı Akif Səlimovun fəaliyyəti ilə bağlı rayon sakinlərinin şikayətləri azalmaq bilmir, əksinə artır. “1992-ci ildən ağrılı-acılı günlər yaşayan Laçın rayon əhalisinin problemləri, sosial vəziyyəti barədə ölkə mətbuatında demək olar ki, hər gün müxtəlif məlumatlar oxuyuruq. Bütün bu yazılan şikayət məktublarına müsbət cavab gözlənildiyi halda tam əksi baş verir. Rayon rəhbərliyi haqqında ölkə mətbuatında yazılan etiraz məktubları günü-gündən artmaqdadır. Belə ki, Laçın rayonuna yeni icra başçısı təyin olunanda rayon əhalisinin böyük əksəriyyətində sevinc hissi oyanmışdı. Güman edirdilər ki, haqqında “əfsanə” dolaşan iki diplomlu Akif Səlimov rayona icra başçısı seçildikdən sonra daha özü üçün deyil, əhali üçün çalışacaq. Amma deyilənlər özünü doğrultmadı. 25 ildən artıq polis rəisi işləmiş Səlimovun tamahının doyacağına inanlar yanılmışdılar. İndiyə qədər kriminal keçmişini çox böyük ustalıqla gizlədə bilən Akif Səlimov haqqında bilinməsi lazım olan bəzi məqamları oxucuların nəzərinə çatdırmağı özümə borc bilirəm. Akif Səlimov Laçın Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edildikdən sonra 1994-cü ilin mart ayından 1996-cı ilin oktyabr ayınadək Goranboy Rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləmişdir. Həmin dövrdə Goranboy rayonu Əkbərovlar ailəsinin idarəçiliyində idi. Müstəqilliyin ilk illərindən 2000-ci ilin əvvələrinədək Ağa Əkbərov Goranboy rayon İcra Hakimiyyəti Başçısı vəzifəsində çalışmışdır. Rasim Əkbərov isə Goranboy rayonundakı “N” saylı hərbi hissənin komandiri və “Azərbaycanın Milli Qəhrəmanı” kimi yüksək statusa malik idi. Səlimovun keçmiş Milli Qəhrəman Rasim Əkbərovla dostluğu da Goranboyda işlədiyi dövrdən başlamışdır. A. Səlimov Əkbərovların Goranboyda bütün bəd əməllərindən xəbərdar olmaya bilməzdi. Goranboyu istədikləri kimi idarə edən Əkbərovlar, bu rayonun malını, sərvətini talan edirdilər və şübhəsiz ki, Akif Səlimov da onlara şərik idi. Beləliklə polkovniklərin dost olmalarına bir çox səbəb var idi və bu dostluq daha da güclənəməkdə idi . Goranboyda rəislik etmək Səlimov üçün çox düşərli olmuşdur. Özünə xeyli var-dövlət toplamış, övladlarına o dövr üçün ən bahalı avtomobillər, evlər almışdır. Səlimovla Əkbərovu birləşdirən başqa dəyərlər də var idi. Hər ikisi Qarabağ müharibəsində iştirak etmişdir və komandir olmaları onların özbaşınalğına, vəzifələrindən sui-istifadə edərək korrupsiyaya qurşanmmalarına geniş yol açırdı. Akif Səlimovun 1996-cı ilin oktyabr ayında Qax Rayon Polis Şöbəsinin rəisi təyin edilməsi Rasim Əkbərovla dost olmalarında heç bir soyuqluq yaratmamışdır. Dostluğu qohumluqla davam etdirmək istəyən polis rəisi oğluna Əkbərovlardan qız almaq ərəfəsində idi. Amma 2000-ci ildə gözlənilməz hadisələr baş verdi. 2000-ci ilin əvvəllərində Goranboy rayon İcra Hakimiyyəti Başçısı Ağa Əkbərov və onun oğlu, Azərbaycanın Milli Qəhrəmanı polkovnik Rasim Əkbərov dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs olundu. Vətənə xəyanət, vəzifə səlahiyyətlərini aşma, qanunsuz silah saxlama ilə həbs edilən Əkbərovların taleyi Səlimovun səhhətinin pisləşməsinə səbəb oldu. Ata-oğulun həbs edilməsi Akif Səlimovu rahatsız etməyə bilməzdi. Çünki onların törətdikləri bir sıra cinayətlərdə özünün ifşa olacağından qorxurdu. Özünün də həbs olunacağını gözləyən Akif Səlimov stress keçirdərək infarkt oldu. Həmişə bütün çətin vəziyyətlərdən məharətlə çıxmağı bacaran Akif Səlimov, Əkbərovları aparan selin axınından da çıxmağı bacara bildi. Həmin dövrdə Respublika rəhbərliyində güclü havadarlarının olması polkovnikin gələcəkdə icra başçısı pilləsinə qədər yüksəlməsinə yol açdı. Əgər Akif Səlimov bütün bu faktları inkar etmək istəyərsə, Daxili İşlər Nazirliyinin hospitalında onun 2000-ci ildə infarkt olması barədə xəstəlik tarixçəsinin mövcud olmasını unutmasın”. /qafqaznews.az/ Geri dön |