Ana Sayfa > Siyasət > MM komitə sədri: “İrəvanda risklərlə üzləşəcəyimizi bilirdik”

MM komitə sədri: “İrəvanda risklərlə üzləşəcəyimizi bilirdik”


25-02-2022, 17:37. Yazar: admin

MM komitə sədri: “İrəvanda risklərlə üzləşəcəyimizi bilirdik”
“Biz İrəvanda aeroportda düşəndən başlayaraq səfərdən geri qayıdana qədər Daşnaksütun Partiyası etiraz aksiyaları keçirdi”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Avronest Parlament Assambleyasının (PA) İrəvanda keçirilən komitə iclaslarında iştirak etmiş Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
T. Mirkişili deyib ki, hər gün Avronest PA-nın komitə iclaslarının keçirildiyi binaların önündə, qaldıqları otelin qarşısında belə aksiyalar keçirilib: “Bildiyimiz qədər, həmin aksiyalarla bağlı bir neçə nəfər həbs edilib, cinayət işi açılıb. Bütövlükdə isə bizi daim hədələyirdilər. Bizi sosial şəbəkələr üzərindən də hədələyirdilər. Hətta biri mənə yazmışdı ki, sizin başınızı kəsəcəyik. Amma İrəvana səfər edərkən bu risklərlə üzləşəcəyimizi bilirdik. Biz Müzəffər Ali Baş Komandanımıza, dövlətimizə güvənərək Ermənistana səfərə etmişdik və hər an arxamızda bu dəstəyi hiss edirdik. Biz bütün çıxışlarımızda arxamızda Azərbaycan dövlətinin gücünü hiss edirdik”.
Geri dön