Ana Sayfa > Siyasət > Səfir: “ABŞ Azərbaycanla əməkdaşlığı bundan sonra da davam etdirəcək”
Səfir: “ABŞ Azərbaycanla əməkdaşlığı bundan sonra da davam etdirəcək”23-02-2022, 19:09. Yazar: admin |
Mən bu gün Gəncədə olmaqdan məmnunam. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bildirib. O deyib ki, Gəncəyə səfər etməkdə məqsəd texniki sertifikatlaşdırma proqramının məzunlarını təbrik etmək olub. “Düşünürəm ki, bu məzunlar ən keyfiyyətli fındığın istehsalına töhfə verəcəklər. Bu gün məzun olan 35 iştirakçı 3 aylıq proqramda iştirak edib. Bu proqram çərçivəsində onlara fındıq becərilməsinin ən qabaqcıl metodları və texnologiyası öyrədilib. Bu proqram USAİD, İtaliyanın qənnadı şirkəti "Ferrero" və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. Mən çox şadam ki, bu gün biz Azərbaycana qabaqcıl bilik və bacarıqlara yiyələnmiş 35 aqronom qazandırırıq. Bu, proqramımızın ilk məzun qrupudur. Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirdikcə, rifahını yüksəltdikcə, biz bu əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik. Bildiyiniz kimi bu il Azərbaycan və ABŞ diplomatik əlaqələrin qurulmasının 30-cu il dönümünü qeyd edirik. Belə proqramların həyata keçirilməsində iştirak etmək ABŞ səfiri olaraq mənə qürur hissi verir. Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə səfər etmək mənim üçün hər zaman xoşdur”, - amerikalı diplomat vurğulayıb. Geri dön |