Ana Sayfa > Siyasət > "Ermənistan sülh istiqamətində real addım atmazsa və təxribatlara davam edərsə..." - deputat

"Ermənistan sülh istiqamətində real addım atmazsa və təxribatlara davam edərsə..." - deputat


14-01-2022, 15:07. Yazar: admin
"Ermənistan sülh istiqamətində real addım atmazsa və təxribatlara davam edərsə..." - deputat

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Avropa İttifaqının səfirləri ilə görüşündə Ermənistana çağırış edib. Ərdoğan bildirib ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsindən sonra Cənubi Qafqazda yeni mərhələyə qədəm qoyulub. Türkiyə lideri diqqətə çatdırıb ki, prosesin ardından Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesinə başlayıb: “Atılan addımların gözlənilən nəticələri verməsi üçün Ermənistanın bölgədəki sülh fürsətini yaxşı dəyərləndirib Azərbaycanla pozitiv bir münasibət qurması əhəmiyyət daşıyır”.

DİA.AZ-ın məlumatına görə, Ərdoğanın Qərb nümayəndələri ilə görüşdə İrəvana mesajını “Şərq”ə dəyərləndirən millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, Türkiyə və Azərbaycan prezidentləri dəfələrlə Ermənistana sülh çağırışı ediblər. Deputat bildirib ki, rəsmi Ankara və Bakı İrəvandan sülhə yönəlik real addım atılmasını gözləyir:

“Ermənistan revanşist bəyanatlara, qonşulara qarşı nifrət siyasətinə və sərhəddəki təxribatlara son verməlidir. Paşinyan hökuməti ölkədəki çox dərin sosial-iqtisadi böhranı aradan qaldırmaq istəyirsə, rəsmi Bakının tələblərinə qeyd-şərtsiz əməl etməlidir.

İrəvan qonşularla normal əməkdaşlıqda maraqlı olduğunu əyani addımlarla sübuta yetirməlidir. Türkiyə prezidentinin Avropa ölkələrinin nümayəndələri qarşısında Ermənistana səslənişi önəmlidir.

Ermənistan sülh istiqamətində real addım atmazsa və təxribatlara davam edərsə, cavabı çox ağır olacaq. Onu da qeyd edim ki, hazırda Azərbaycan-Türkiyə münasibətləri çox yüksəkdir. Şuşa Bəyannaməsi ilə iki ölkə rəsmi hərbi müttəfiq dövlətlərə çevrilib.

Hansısa ölkə Azərbaycan, yaxud Türkiyəyə qarşı xoşagəlməz addım atarsa, birgə hərbi gücümüzlə üzləşəcək”.

Geri dön