Ana Sayfa > Siyasət > Azərbaycanı Avrasiya İqtisadi Birliyinə çəkirlər - Rəsmi Bakı gedəcəkmi?
Azərbaycanı Avrasiya İqtisadi Birliyinə çəkirlər - Rəsmi Bakı gedəcəkmi?5-01-2022, 15:22. Yazar: admin |
Xəbər verdiyimiz kimi,dekabrın 28-də Sankt-Peterburqda MDB dövlət başçıları arasında qeyri-rəsmi görüş keçirilib.Ölkəmizin başçısı İlham Əliyev də görüşdə iştirak edib.Sammitdə koronavirus pandemiyasına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib və sonda MDB dövlət başçıları birgə foto çəkdiriblər. Xatırlayarsınızsa, görüş öncəsi bu sammitdə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulmasının müzakirə olunacağına dair fikirlər səsləndirilirdi. Maraqlıdır,sözügedən təşkilata üzv olmağın rəsmi Bakı üçün hansı mənfi və müsbət tərəfləri ola bilər? DİA.AZ-ın məlumatına görə, analitik Turab Rzayev mövzunu “Sherg.az”a şərh edərkən bildirib ki, ölkəmiz Avrasiya İqtisadi Birliyinə indiki halda yalnız Türkiyədən sonra qoşula bilər: “Əks halda gələcəkdə Azərbaycana ordakı ölkələrin iqtisadi və siyasi təzyiqlər göstərməsi mümkündür. Rəsmi Bakıdan hər hansısa bir Qərb dövlətinə qarşı, eləcə də NATO ilə qarşıdurmada iştirak istənilə bilər. Bu iqtisadi birlik olsa da, Rusiyanın formalaşdırdığı MDB ölkələrini nəzarətdə, vahid blokda saxlamaq və Qərbə qarşı Rusiya ətrafı blok yaratmaq üçün istifadə etdiyi təşkilatlardan biridir”. T.Rzayevə görə Azərbaycan Avropa İqtisadi Birliyinə daxil olmaq istəsə, o, öz fəaliyyətini Türkiyə ilə koordinasiya etməlidir: “Bu bloka gələcəkdə Azərbaycanın, eləcə də Özbəkistanın da qatılması Azərbaycan və Qazaxıstan arasında, eyni zamanda,Türkiyə ilə Özbəkistan arasında iqtisadi əlaqələrin inkişafına səbəb ola bilər. Məsəl üçün, Özbəkistan öz məhsullarını daha ucuz şəkildə Azərbaycana və Türkiyəyə ixrac edə, Azərbaycan isə Özbəkistana sərmayə qoya bilər. Könül istərdi ki,Türkiyə, Özbəkistan ,Qazaxıstan və Azərbaycan özü bunu həyata keçirsin. Amma indiki halda Özbəkistan və Qazaxıstan Rusiyanın təsir dairəsindən kənarda bunu edə bilmir. Türkiyə həmin blokda olarsa, bu işi Rusiya ilə birlikdə də görmək mümkündür”. Geri dön |