Ana Sayfa > Siyasət > Rusiya Suriyanı necə ələ keçirir - KİV

Rusiya Suriyanı necə ələ keçirir - KİV


5-01-2022, 10:50. Yazar: admin

Rusiya Suriyanı necə ələ keçirir - KİV
Rusiya Suriyada möhkəmlənib. Qərb ölkələrinin Bəşər Əsəd rejimini devirmək istəyi baş tutmayıb. Kremlin açıq dəstəyi özünü göstərib. İndi Rusiya Suriyada mövqeyini gücləndirməklə məşğuldur. Vertikal.az bizimyol.info-ya istinadən xəbər verir ki, Moskva çox vacib sektoru ələ keçirir. Bu barədə Misir mətbuatı yazıb. Rusiya Suriyada qədim abidələr sektoruna tamah salıb. Orada ciddi proses gedir.

Kreml UNESCO-nun dünya iris siyahısına düşən arxeoloji və mədəni obyektlərə böyük maraq göstərməyə başlayıb. Buna həm də təəccüblənmək olar. Çünki Rusiya aviahücumlarla tarixi abidələrə az zərbə vurmayıb.

Misir mətbuatındakı yazıda qeyd olunub ki, Əsəd rejiminə qarşı vuruşan müttəfiqlər də artefaktlarla yetərincə həssas davranmayıb. Tərəflər Suriya tarixinə ciddi zərər yetirib. Rusiya indi başqa manevrlərə əl atıb. Moskva zərər görən abidələri bərpa etməyə başlayıb. Çoxlu tarixi obyektlərin yerləşdiri Əhrar əş-Şam şəhərində pilotsuz uçuş aparatlarının köməyi ilə çoxlu fotoçəkilişlər aparılıb. Bu işə restavrasiya mütəxəssisləri də cəlb olunub.

Rusiya nümayəndə heyəti şəhərə keçən ilin noyabrında təşrif buyurub. Bu müddətdə bərpaya hazırlıq gedib. Görüləsi iş çoxdur. Tərəflər tarixi abidələrin əhəmiyyətinə varmadan hərbi əməliyyatlar keçiriblər. Xeyli obyekt sıradan çıxıb. Üstəlik, oğurluq halları baş verib. Artefaktların bir çoxu qonşu ölkələrə satılıb.

Avropalı mütəxəssislər də Əhrar əş-Şama az gəlməyib. Amma Rusiya buranı tam ələ keçirmək fikrindədir. Yəni söhbət inhisara almaqdan gedir.

Rusiya Suriyada hələ uzun müddət qalmaq istəyir. İqtisadiyyatın bir çox sahələrində Kreml izi nəzərə çarpır. Qədim abidələr sektoru da diqqət mərkəzindədir. Jurnalist Ömər əl-Buniya hesab edir ki, Rusiyanın bu addımı da bir təzyiq vasitəsidir. Qərb Moskvanı sanksiyalarla çox təhdid edir. Kreml xeyli əhəmiyyətli işlər gördüyünü ortaya qoymağa çalışır. Rusiya demək istəyir ki, Qərbin dağıntılarını bərpa etməklə məşğuldur. Ömər əl-Buniya baş verənləri həm də mədəni işğal adlandırmaqdan çəkinmir. Suriya tamamilə Rusiyanın əlinə keçir.
Geri dön