Ana Sayfa > Siyasət > "Digər dövlətlərin də sanksiyalara qoşulması Rusiyaya təzyiqləri artıracaq" - GƏLİŞMƏ
"Digər dövlətlərin də sanksiyalara qoşulması Rusiyaya təzyiqləri artıracaq" - GƏLİŞMƏ24-12-2021, 11:29. Yazar: admin |
"Dərindən baxanda, əsas müzakirə mövzusu Rusiya-Ukrayna münaqişəsi deyil, NATO ilə Rusiya arasında olan gərginlikdir. Daha doğrusu, Moskva bu məsələ ilə bağlı Moskva daha çox ABŞ hökuməti ilə danışıqlara getməyə çalışır". DİA.AZ xəbər verir ki, bu sözləri Bizimyol.info saytına açıqlayan Milli Məclisin deputatı, siyasi analitik Arzu Nağıyev buna görə Kremlin müxtəlif siyasi gedişlərə əl atdığını qeyd etdi. Onun sözlərinə görə, əsas məqamlardan biri, dekabrın 21-də prezident Putinin Rusiya Müdafiə Nazirliyinin tədbirində səsləndirdiyi bəyanatlarla bağlıdır: "Putin quruma xəbərdarlıq edərək bildirdi ki, əgər NATO öz ordusunu Rusiya sərhəddinə yığarsa, çox ciddi zərbələr vura bilərik. Qərbdə çalışırlar ki, Rusiya ilə sərhəddə olan dövlətlər kənara çəkilsinlər və ABŞ ilə birbaşa danışıqlara getsinlər. Ağ Ev də belə danışıqlara getmir, çünki bu addım onun diplomatik səviyyədə məğlubiyyətə uğraması deməkdir. Təəssüf ki, bu məsələlərdə əsasən Rusiya-Ukrayna problemi qabardılır" Bu problemin dəfələrlə bilərəkdən qabardıldığını diqqətə çatdıran həmsöhbətimiz qeyd etdi ki, ötən illərdə də Qara dənizdə olan hadisələr başqa bir istiqamətdə qabardıldı: "Bu məsələdə Krım problemi zəif bənddir. Donbas və digər problemlər də var. Buna görə də tərəflər arasında ciddi müharibənin baş verməsini düşünmürəm. Onsuz da lokal gərginliklər baş verir. Qərb Ukraynanı hələlik sənədlərlə və nəzəri cəhətdən müdafiə edir. Bundan başqa, xırda silahların verilməsi və təlimlərin keçirilməsi ilə bağlı da tədbirlər də həyata keçirilir. Burada Qərbin öz maraqları var və NATO-nun sərhədlərini Rusiyaya daha da yaxınlaşdırmaq istəyir. Moskva da bunu yaxşı başa düşür və qarşısını almağa çalışır". Bu münaqişədə Rusiya, yoxsa Ukrayna daha çox maraqlıdır? Hər iki ölkənin bu məsələdəki maraqları nədən irəli gələ bilər? Hər ikisinin də münaqişənin böyüməsində maraqlı olmadığını deyən deputatın sözlərinə görə, Rusiya, həm də Qərbin ona qarşı "Anakonda" planını həyata keçirdiyini açıq şəkildə görür: "Ukraynada çoxsaylı rus xalqı yaşayır və bir sıra vilayətlərdə rusları dəstəkləyən qüvvələr də mövcuddur. Bir sözlə, Ukrayna təkcə Qərbi Ukraynadan və orda yaşayan xalqlardan ibarət deyil. Buna görə də baş verəcək müharibə hər iki tərəfə də divident gətirməyəcək. Təbii ki, status-kvonu saxlamaq da mümkün deyil". Politoloq düşünür ki, əgər burada müharibə başlayarsa, lokal qarşıdurmadan qlobal miqyasa çevrilə bilər: "Ancaq Qərbin və aparıcı dövlətlərin bu prosesə qosulacağı inandırıcı deyil. Ukrayna ilə Rusiyanı bir-birinə bağlayan tellər də mövcuddur. Bunlar əsasən də dini və milli məsələlərdir. Sadəcə, bu proseslərdən istifadə edərək öz məkrli planlarını həyata keçirmək istəyən qüvvələr də var". ABŞ-ın keçmiş prezidenti Donald Trampın bu münaqişəyə loyal münasibət bəslədiyi hamıya məlumdu. Bəs indiki prezident Co Baydenin bu məsələdəki maraqları nədən irəli gəlir? Eks-prezident Trampın bu məsələdə baxışların tam fərqli olduğunu söyləyən müsahibimiz, Co Baydenin isə biznes maraqlarının olduğunu vurğuladı: "Bu maraqlar Ukraynanın keçmiş prezidenti Porosenkonun vaxtında da açıq şəkildə qabardılırdı. Bir sözlə, bu proseslərin arxasında iqtisadi maraqlar və bundan irəli gələn siyasi məsələlər dayanır. Trampın dövründə Ukrayna-Rusiya müharibəsi gündəmdə deyildi. Hazırkı prezidentin dövründə də Amerikanı bu müharibəyə cəlb etmək fikirləri yoxdur". Vladimir Putin ABŞ başda olmaqla, Qərbə son müraciətində "Siz bizi bezdirmisiniz" - deyə açıq mesaj verdi. Bu mesajın arxasında nə dayanır? Onu bu fikri səsləndirməyə nə məcbur etdi? Deputat düşünür ki, Putin bu mesajı ilə Qərbi qorxutmağa çalışır: "Ancaq Rusiyanın birbaşa müharibəyə girməsi inandırıcı görünmür, "soyuq muharibə" amili artıq ortadadır. Ağ Ev isə açıq bəyanatlarla çıxış edərək, iqtisadi sanksiyaları daha da artıracağı ilə hədələyir. Hətta digər dövlətlərin də bu sanksiyalara qoşulması da Rusiyaya qarşı təzyiqlərin artmasına səbəb olacaq". Nəzərə alaq ki, hər iki dövlətin Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı mövcuddur. Əgər müharibə başlayarsa, Azərbaycana siyasi və iqtisadi cəhətdən hansı təsirləri göstərəcək? Ukraynanın Azərbaycan ilə tərəfdaş ölkə olduğunu söyləyən analitik, hər iki ölkənin bir-birinə hörmətlə yanaşdığını, istər beynəlxalq səviyyədə, istərsə ikitərəfli münasibətlərdə bir-birlərinə dəstək verdiyini diqqətə çatdırdı: "Bu ölkədə baş verən proseslər həm ikitərəfli münasibətlərdə, həm də regiona təsir edə bilər. Lakin, nəinki bu ölkələr arasında, ümumiyyətlə regionda münaqişələrin baş verməməsinə çalışmaq lazımdır. Bizim həm də Rusiya ilə siyasi, iqtisadi və sahələrdə ciddi əməkdaşlığımız mövcuddur. Buna görə də həm Ukraynanın, həm Rusiyanın ərazi bütövlüyünü dəstəkləyirik. Burada söhbət BMT səviyyəsində tanınan ərazilərin tanınmasından gedir. Təbii ki, bu müharibədə silah satan dövlətlərin də öz maraqları var. Harda münaqişə varsa, orda silah satışı daha çox olur". Geri dön |