Ana Sayfa > Siyasət > Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub8-12-2021, 16:24. Yazar: admin |
Bu gün xarici işlər naziri Ceyhun Bayramovun türkiyə həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Bölgə ölkələrinin iştirakı ilə 3+3 formatında əməkdaşlıq platformasının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb. Nazirlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar görüşü ilə bağlı fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı tərəflər, qarşılılıq maraq doğuran digər məsələlər də müzakirə edilib. Geri dön |