Ana Sayfa > Siyasət > Kreml Putin və Ərdoğan arasında telefon danışığı olacağını təsdiqləyib - YENİLƏNİB

Kreml Putin və Ərdoğan arasında telefon danışığı olacağını təsdiqləyib - YENİLƏNİB


1-12-2021, 15:32. Yazar: admin
Kreml Putin və Ərdoğan arasında telefon danışığı olacağını təsdiqləyib - YENİLƏNİB
Rusiya və Türkiyə prezidentlərinin telefon danışığına hazırlıq gedir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığının dekabrın 3-də baş tutacağını söyləyib.
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə dekabrın 3-də telefonla danışacaq.

APA RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin Latviyanın Riqa şəhərində keçirilən iclasından sonra açıqlama verib.
Geri dön