Ana Sayfa > Siyasət > Sahibə Qafarova Sankt-Peterburqda ÜST-ün Avropa regional bürosunun direktoru ilə görüşüb
Sahibə Qafarova Sankt-Peterburqda ÜST-ün Avropa regional bürosunun direktoru ilə görüşüb26-11-2021, 09:57. Yazar: admin |
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüqe ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Milli Məclisin sədri Azərbaycanın ÜST ilə uğurlu əməkdaşlığından danışaraq, diqqətə çatdırıb ki, 1994-cü ildən ölkəmizdə fəaliyyət göstərən ÜST ilə əlaqələr müxtəlif istiqamətlərdə davam edir. Spiker görüşdə Azərbaycanda "COVID-19"a qarşı mübarizə tədbirləri haqqında məlumat verib. O, həmçinin xatırladıb ki, Azərbaycan COVID-19-a qarşı vaksinlərə bərabər və ədalətli çıxış əldə etmək üçün səy göstərən ölkələrdən biridir. ÜST tərəfindən Azərbaycanın qlobal miqyasda COVID-19 pandemiyasına qarşı mübarizəyə verdiyi yüksək qiymət ölkəmizin təşəbbüslərinin bütün dünya üçün əhəmiyyətini bir daha təsdiqləyir. Sahibə Qafarova qeyd edib ki, ölkəmiz qısa müddət ərzində 30-dan çox ölkəyə və beynəlxalq təşkilata maliyyə və humanitar yardım göstərib, o cümlədən ÜST-yə 10 milyon dollar məbləğində könüllü yardım edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin aprelində keçirilən Türk Şurasının sammiti, həmin ilin mayında Qoşulmama Hərəkatının Zirvə görüşü və BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təsdiqləyir ki, Azərbaycan qlobal problemlərin həlli üçün məsuliyyət daşımağa hazır olan güclü dövlətdir. Bu təşəbbüslər ölkəmizin beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirir. Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Hans Klüqe Azərbaycan parlamentinin başçısı ilə görüşməkdən məmnunluğunu bildirib. Büro direktoru Azərbaycanın pandemiya ilə mübarizəyə verdiyi töhfələri və pandemiyanın aradan qaldırılması üçün göstərdiyi səyləri yüksək qiymətləndirib. Hans Klüqe bu prosesin indi də uğurla davam etdirilməsindən razılığını bildirib. O, pandemiya dövründə Azərbaycan hökumətinin həyata keçirdiyi uğurlu tədbirlərin vəziyyətin cənab Prezidentin tam nəzarəti altında olduğunu göstərdiyini xüsusi vurğulayıb. O, Azərbaycanın COVİD-19-la qlobal mübarizəyə verdiyi dəstəyə görə, ölkəmizə təşəkkür edib.Qeyd edib ki, Azərbaycan bu qlobal pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə ilk addımlar atan ölkələrdən biridir. Sonra görüşdə digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Geri dön |