Ana Sayfa > Siyasət > Azərbaycan Vatikanda səfirlik açır - SƏRƏNCAM
Azərbaycan Vatikanda səfirlik açır - SƏRƏNCAM22-11-2021, 15:48. Yazar: admin |
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında qanunu imzalayıb. Bu barədə AZƏRTAC məlumat yayıb. Sənədə əsasən, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyi təsis edilir. Bundan başqa, Prezident Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin; 1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin. Geri dön |