Ana Sayfa > Siyasət / Manşet > «Aztelekom» terminallarda ödənişləri niyə dayandırıb? - kütləvi narazılıq

«Aztelekom» terminallarda ödənişləri niyə dayandırıb? - kütləvi narazılıq


8-05-2015, 09:32. Yazar: admin
«Aztelekom» terminallarda ödənişləri niyə dayandırıb? - kütləvi narazılıq
Mart ayından bəri ölkə üzrə fəaliyyət göstərən ödəmə terminallarında, «MilliÖn» və «E manat» ödəmə terminallarında «Aztelekom» İstehsalat Birliyinin telefon ödənişləri dayandırılıb. İki aydır ki, ödəmələrlə bağlı olaraq əhali ciddi problemlərlə üzləşir. GUNDEMİNFO.AZ-a müraciət edən vətəndaşlar telefon və internet pullarının ödənişi ilə bağlı olaraq çətinliklə üzləşdikldərini bildirirlər.

Ölkənin bütün rayonlarında və Abşeron da daxil olmaqla böyük bir ərazidə əhaliyə telefon və internet xidməti göstərən böyük bir dövlət qurumunun kütləvi ödəniş sistemindən çıxması ilə bağlı müəmmalar ortadadır. Şikayətçi sakinlər deyirlər ki, saat 16:30-dan sonra poçt şöbələrində kassalar bağlanır və ödənişlər qəbul olunmur. Digər yerlərdə də «Aztelekom»un ödənişləri ilə bağlı olaraq çətinliklər yaşanır.

Apardığımız araşdırmalar zamanı bəlli olub ki, BTİRB və «Aztelekom»un «Milli Ön» ödəmə sistemindən çıxmasına səbəb tərəflər arasında bağlanmış müqavilənin bu ilin fevral ayının 16-da başa çatmasıdır.
Adları çəkilən dövlət qurumlarının «E Manat» ödəmə sistemindən çıxmasına gəlincə isə ötən ilin dekabrın 24-dən «Aztelekom» birtərəfli qaydada ödəmə sistemindən çıxıb. İddialar əsasən bu sistem üzrə ödənişlər «Aztelekom»un hesabına vaxtında çatmayıb. Və kütləvi naroazılıqlar yarandığından dövlət qurumu bu sistemdən çıxıb.
“AzTelekom” IB-də isə problemin onlardan qaynaqlanmadığını və dövlət qurumu tərəfindən heç bir maneə olmadığı ortaya çıxıb.

Lakin GUNDEMİNFO.AZ-ın əməkdaşlarının apardığı digər mühim versiya üzrə araşdırma ortaya ciddi məqamları çıxarıb. Məsələ ilə bağlı olaraq ortada olan ən mühim məqam odur ki, aprel ayının ortalarında yaranan problemlə bağlı olaraq yaşana bilər. Bununla bağlı olaraq ortada olan əsas məqamlardan biri də odur ki, «Aztelekom»un sistemdən çıxması ilə Hesablama Palatasının bu qurumda yoxlamalar apararaq ciddi maliyyə pozuntularını aşkarlaması eyni dövrə təsadüf edir. Həmçinin də ödəmə -mühasibat və digər maliyyə əməliyyatları ilə bağlı olaraq «Aztelekom»un ünvanına səslənən rəsmi və kifayət qədər ciddi iradlara heç bir cavab olmayıb. Həmçinin də rabitə və yüksək texnalogiyalar naziri Əli Abbasov ilin əvvələrində miətbuata verdiyi açıqlamasında «Aztelekom»un ünvanına sərt ifadələr işlədərək bu qurumda ciddi korrupsiya hallarının olduğunu bəyan etmişdi.

Hesablama palatasının aprel ayının 6-da açıqladığı hesabatda bildirilirdi ki, «Aztelekom» İB-də qanunvericiliyin tələblərinə əməl edilməməsi nəticəsində maliyyə pozuntuları aşkarlanıb. Həmçinin də Vergilər Nazirliyi Birliyə qarşı maliyyə sanksiyaları tətbiq etməyə başlayıb.

Audit dövründə məlum olub ki, Birliyin idarə aparatı tərəfindən digər struktur vahidlərinə köçürülmüş pul vəsaitlərinin təyinatları üzrə istifadəsinə nəzarət edilməyib, Birliyin strukturuna daxil edilmiş telekommunikasiya qovşaqlarının əksəriyyəti zərərlə fəaliyyət fəaliyyət göstərib, 01 yanvar 2014-cü il tarixə təqdim edilmiş iş və xidmətlərə görə 45158,2 min manat debitor borcu, xarici kontraktlar üzrə iş və xidmətlərə, eləcə də, əsasən rayonların telekommunikasiya qovşaqlarında quraşdırılmaq üçün alınmış telekommunikasiya avadanlıqlarına görə 18187217,2 ABŞ dolları, alınmış mallara (iş və xidmətlərə) görə Azərbaycan Respublikasının rezidentləri üzrə 29945,22 manat kreditor borcları yaranıb.
Hesablama Palatasının Kollegiyası bu auditin nəticələrini müzakirə edərək, aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Palataya məlumatın təqdim edilməsi barədə qərar qəbul edilib. Həmin qərar icra üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, o cümlədən “Aztelekom” İstehsalat Birliyinə, eyni zamanda Vergilər Nazirliyinə göndərilib.
Bununla bağlı Vergilər Nazirliyindən təqdim edilmiş məlumata görə, nazirlik yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti tərəfindən Birliyə 5313,9 min manat əlavə vergi məbləğinin hesablandığı və 2018,3 min manat maliyyə sanksiyasının tətbiq edildiyi, hesablanmış əlavə vəsait və maliyyə sanksiyasının dövlət büdcəsinə ödənilməsinin təmin olunduğu bildirilib.

Məhz Hesablama Palatasının aşkarladığı bu pozuntularla bağlı yoxlamaların sonucu bəlli olduqdan sonra «Aztelekom» İB yuxarıda qeyd etdiyimiz ödəmə sistemlərindən çıxıb. Birliyin ödəmə sistemlərindən çıxması ödənişlərlə bağlı maliyyə pozuntularının lokallaşdırılması və bəlkə də problemlərin ortadan qaldırılması ilə bağlı ola bilər.

Bu mövzu ilə bağlı «Aztelekom» İB-dən mövqe öyrənmək istəsək də, hələlik rəsmi bir cavab almaq mümkün olmayıb. Bununla belə nəzərə almaq lazımdır ki, cəmi 1 aydan sonra Azərbaycan kifayət qədər mühim bir beynəlxalq tədbirə ev sahibliyi edəcək, bütün dünyanın gözləri ölkəmizə yönəlmişkən «Aztelekom» kimi böyük bir təşkilatın sadə ödəniş sistemlərindən çıxaraq çətin və köhnə üsullarla (poçta getməklə nəğd ödəniş) keçməsi suallar doğurur. Hər halda belə mühim beynəlxalq tədbirlər zamanı rabitə və internet xidmətlərinin yüksək olması dövlətimizin inkişaf göstəricilərini sübutlayan faktdır.
Elə yeri gəlmişkən son zamanlar «Aztelekom»un internet xidmətindən istifadə edən vətəndaşların da çoxsaylı şikayətlərini almaqdayıq. İnanırıq ki, adıçəkilən dövlət qurumu ortada olan suallara açıq cavablarını bizə təqdims edəcək.
Qarşı tərəfin mövqeyini dinləməyə çalışırıq.

Geri dön