Ana Sayfa > Siyasət > Fransa reallıqla barışıb: Paris erməni istəyinə göz yumacaq - Başqa yolu YOXDUR!
Fransa reallıqla barışıb: Paris erməni istəyinə göz yumacaq - Başqa yolu YOXDUR!3-11-2021, 19:53. Yazar: admin |
“Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır“. Bunu Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perən bildirib. Onun sözlərinə görə, Azərbaycanın qələbəsinin möhkəmləndirilməsi mərhələsi uğurla davam edir: “Otuz ildən sonra Azərbaycan Qarabağ problemini həll etməyə nail olub. Halbuki ATƏT-in Minsk qrupu buna nail ola bilməmişdi. Baxmayaraq ki, çoxlu sayda qətnaməyə səs vermişdik. Azərbaycan Prezidenti İlham Əliyev əməliyyatları uğurla başa çatdırmağa nail olub və artıq bir ildir münaqişə həll olunub. Bu gün Azərbaycan qələbəsinin möhkəmləndirilməsi dövrünü yaşayır. Bu gün Azərbaycan sülhün bərpa olunması dövrünə qədəm qoyub". J.Perən deyib ki, bu mərhələdə Azərbaycanın qarşısında həll olunmalı bir sıra vacib məsələlər durur: "Bunlardan biri Qarabağda yaşayan ermənilərin vətəndaşlığı məsələsidir. Azərbaycanın bu məsələlərdə mövqeyi gün kimi aydındır. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Lakin bu məsələyə ermənilər etirazlarını bildirirlər və bundan sonra da müqavimət göstərməkdə davam edəcəklər. Xüsusilə bu məsələ ATƏT-in Minsk qrupu səviyyəsində müzakirələrə çıxarılacaq və ermənilər həmsədrlərə təsir göstərməyə çalışacaqlar. Ermənilər daha çox Fransaya təsir göstərməkdə davam edəcəklər. Lakin mən bu məsələdə də Azərbaycanın uğur qazanacağına inanıram". Görünən odur ki, Fransa artıq doğru yola yönəlməyə və reallıqları görməyə başlayıb. Buna görə də indiki mövqe 44 günlük müharibə dönəmindəki mövqeyindən fərqlənir. Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında bildirib ki, sabiq səfir sadəcə olaraq öz mövqeyini və reallığa uyğun fikir səsləndirib: “Lakin bu o demək deyil ki, Fransa dövlətinin mövqeyi tamamilə dəyişib. Fransanın indiki rəhbərliyində olan şəxslərin Azərbaycana münasibəti mənfidir. Emmanuel Makron və onun hakimiyyətində olanlar birmənalı şəkildə Ermənistana dəstək nümayiş etdirir. Hətta onlar faktiki olaraq Ermənistanla eyni mövqedən çıxış edirlər. Lakin dünyada mövcud olan reallıqlar var. Eyni zamanda, Fransa da gördü ki, Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək. Həmçinin, əvvəlki illərdən fərqli olaraq Azərbaycan tək deyil və Türkiyə ilə birgə hərəkət edir. Bizim Türkiyə ilə ciddi müttəfiqliyimiz var. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan haqq yolundadır. Ümumiyyətlə, Fransa nə qədər bölgəyə daxil olmaq istəsə də, buna nail ola bilmədi. Bütün bunlara baxmayaraq, Fransanın bəzi vəzifəli şəxsləri belə artıq reallıqlarla bağlı fikir söyləyirlər. Hesab edirəm ki, Azərbaycanın mövqeyi nə qədər güclü olarsa, hamı bizimlə hesablaşacaq”. Geri dön |