Ana Sayfa > Siyasət > Qərb kimi aldadır: Rusiyanı, yoxsa Ukraynanı?
Qərb kimi aldadır: Rusiyanı, yoxsa Ukraynanı?2-11-2021, 11:35. Yazar: admin |
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin sözlərinə görə, Qərb “qayğıkeş” maskası altında Kiyevi Rusiyanın ucuz qazından imtinaya məcbur edir. Reyting.az-ın xəbərinə görə, “Komsomolskaya pravda” qəzetinə müsahibəsində bu barədə danışan N. Patruşev hesab edir ki, son illər Qərbin dövlət xadimləri Ukraynanın hakimiyyət strukturlarına çox dərindən inteqrasiya ediblər: “Faktiki olaraq, bu ölkə üçüncü qüvvələrin əlində oyuncağa çevrilib. İndi orada fəal şəkildə “yaşıl” energetikaya keçidi təşkil edirlər”. RF Təhlükəsizlik Şurasının katibinin fikrincə, əcnəbi dostlarının bu cür hiyləgər köməyi ukraynalılara baha başa gələ bilər. Qərb ölkələrinin Ukrayna ərazisində “yaşıl” texnologiyanın tətbiqinə səxavətlə pul xərclədiyini və onları Günəş və külək enerjisi ilə əla dolana biləcəyinə inandırmağa çalışdığını qeyd edən Patruşev əsas məqsədin rəsmi Kiyevi Rusiya qazından imtinaya məcbur etməkdir. “KP”nin məqaləsində o da qeyd olunur ki, əgər bu qış Ukraynada güclü şaxtalı hava şəraiti olarsa, ölkə tamamilə köməksiz vəziyyətdə qala bilər. Amma Avropa Birliyi belə bir halın baş verəcəyi təqdirdə, Ukraynaya mavi yanacağı Slovakiyadan nəql ediləcəyini açıqlayıb. N. Patruşev isə söhbətin məhz Rusiya qazından getdiyini və onun Slovakiyadan Ukraynaya üçqat bahasına satılacağını söyləyib. Yeri gəlmişkən, bu yaxınlarda yerli ekspertlər Rusiyadan Ukraynaya elektrik enerjisinin verilməsini “qanla ticarət” adlandırıblar. Onlar eyni zamanda Rusiyadan Belorusa enerji resurslarının ixracının bərpasına qarşı da kəskin çıxışlar edirlər. Geri dön |