Ana Sayfa > Siyasət > "Moskva Zəngəzur dəhlizində maraqlıdır" - Rusiyalı ekspert

"Moskva Zəngəzur dəhlizində maraqlıdır" - Rusiyalı ekspert


29-10-2021, 10:28. Yazar: admin
"Moskva Zəngəzur dəhlizində maraqlıdır" - Rusiyalı ekspert

"Zəngəzur dəhlizi rəsmi bəyanatlardan da göründüyü kimi, regionda yeni iqtisadi layihələrin əsasını qoyacaq. Bu minvalla nəqliyyat infrastrukturunun inkişafı regional iqtisadi kooperasiyaya və regionun qlobal ticarətə daha dərindən inteqrasiya olunmasına kömək etməlidir. Bu da müvafiq olaraq bütövlükdə əhalinin rifah səviyyəsinin yüksəlməsi və qonşular arasında daha sıx dialoqun yaranması üçün əlavə faktora çevrilə bilər". Bu sözləri Beynəlxalq məsələlər üzrə Rusiya Şurasının Ankarada yaşayan eksperti Teymur Əhmədov AzVision.az-a müsahibəsi zamanı deyib.
- Zəngəzur dəhglizinin işə düşməsində Rusiya nə dərəcədə maraqlıdır?
- İdealda bu cür layihələr İrəvan ilə Bakı arasında dialoqda məhsuldar atmosfer yaratmalıdır, çünki belə bir infrastruktur layihəsinin mövcudluğundan hər iki tərəf uda bilər. Ermənistanla Azərbaycan arasında birbaşa dialoq faktının olmasının Rusiyanın cari maraqlarına nə dərəcədə kömək edəcəyini söyləmək çətindir. Ancaq bütövlükdə situasiya haqqında danışanda layihə özü regiondakı şəraitini sabitləşməsinə kömək edə bilər. Moskva da daxil olmaqla bütün tərəflər bunda maraqlıdırlar.

- Layihə Rusiyanın özünə hansı faydalar vəd edir?
- Hər şeydən əvvəl Yaxın Şərqə ixracat və məhsul tədarükü üçün əlavə yol yaranır. Koridorun Türkiyənin mövcud dəmiryol infrastrukturlarına inteqrasiyası, daha sonra həmin yollardan Suriyaya ölkənin bərpası üçün materiallar göndərilməsi məqsədilə istifadə olunması xüsusi maraq doğrura bilər. Yəni mahiyyət etibarilə layihənin Moskvanın və Ankaranın irəli sürdüyü daha geniş geosiyasi layihələrə inteqrasiyasından danışmaq olar.

- Rusiya və Türkiyənin maraqları bir çox parametrlər üzrə praktik olaraq üst-üstə düşmür. Tarix müharibələrlə doludur. Ancaq tərəflər maneələri aşmağa və hətta böyük enerji layihələrini həyata keçirməyə nail olurlar. Bu necə alınır?
- Xoşbəxtlikdən, ya da təəssüf ki, hazırda ikitərəfli dialoq iki liderin şəxsi münasibətlərinə əsaslanır. Hazırkı Rusiya-Türkiyə layihələrinin uğuru bir çox hallarda Putinlə Ərdoğanın xüsusi münasibətlərinin nəticəsidir. Bu ünsiyyət formatının iqtisadi kooperasiyalara nə qədər kömək edəcəyini söyləmək çətindir. İnsanlar əbədi deyillər. Bu gün siyasi və iqtisadi elitalar arasındakı dialoqun əsasında böhranlı situasiyalarda məlhəm rolu oynayacaq etibar dayanır. Bürokratik strukturlar səviyyəsindəki dialoq geosiyasi faktorlar səbəbindən məhdud olur.

- Rusiya ilə Türkiyə arasında həyata keçirilən enerji layihələrinin reallaşdırılması məsələsi nə yerdədir?
- Hələ ki, hər şey yolunda gedir və nəzərdə tutulan layihələrdən “Akkuyu” AES-in tikintisi həyata keçirilir. Bundan başqa, gündəlikdə ən azı Qara dənizin Türkiyə sahilində daha bir AES-in inşası layihəsi var. Hazırkı ikitərəfli münasibətlərdə gərginliklərdən biri Türkiyəyə tədarük olunan qazın qiyməti ilə bağlı fikir ayrılığı, Ankaranın sıxılmış qaz tədarükünü fəal şəkildə diversifikasiya etmək cəhdləridir. Lakin bütövlükdə hər iki tərəf bu məsələdə proqnozlaşdırıla bilən sabitlikdə maraqlıdır. Ən başlıcası da odur ki, yüksək səviyyədə.
Geri dön